Qırmızı.az
Ölkəyə gətirilən məhsullara nəzarət gücləndiriləcək
Əhalinin, xüsusilə uşaqların həyatı və sağlamlığı üçün təhlükəli olan məhsulların istehsalına, saxlanmasına, satışına və ölkəyə gətirilməsinə dövlət nəzarətin gücləndirilməsi ilə bağlı dövlət proqramı hazırlanacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-ın məlumatına görə, bu barədə hazırda müzakirə mərhələsində olan “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-cı illər)” layihəsində qeyd edilib.
2014-2025-ci illəri əhatə edəcək proqramı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi birgə hazırlayacaq.
Əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq və qeyri ərzaq məhsulları ilə təminatı sahəsində 2012-ci ildə həyata keçirilən nəzarət tədbirləri nəticəsində mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış, etiketləşdirilməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan ümumilikdə 94.5 ton ərzaq malları, 1.6 ton qeyri ərzaq malları və 65.1 ton tikinti materialları dövriyyədən çıxarılıb.
Əhalinin sağlamlığına və həyatının təhlükəsizliyinə bir çox amillər, o cümlədən ölkədə olan ekoloji vəziyyət, qida məhsullarının keyfiyyəti, məişət şəraiti bilavasitə təsir edir. Bunları nəzərə alaraq, Dövlət Proqramı çərçivəsində ekoloji tarazlığın və ətraf mühitin qorunması, ərzaq və qeyri-ərzaq məhsullarının istehsalı, saxlanması, ölkəyə gətirilməsi və satışına nəzarətin gücləndirilməsi nəzərdə tutulur.
-
İdman06:14
Şumaxerin ailəsinə təzminat ödəniləcək: Saxta müsahibəyə görə
-
İdman01:05
"Atalanta" "Bayer"i məğlub edərək çempion oldu - VİDEO/YENİLƏNDİ
-
Sosial00:30
Ərdoğan Sərvərə mükafatını təqdim etdi - FOTO
-
Qoroskop00:15
Günün qoroskopu: Mühüm qərarlar qəbul etməyin!
-
Region22 May 22:22
Rəisinin helikopterinin pilotları onlar olub - FOTO
-
Hadisə22 May 22:10
Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib? - VİDEO
-
Ekologiya22 May 21:05
Dəhşətli istilər gəlir: Temperatur 43 dərəcəyə yüksələcək
-
Magazin222 May 20:45
Serenay keçmiş sevgililəri ilə əyləncə gecəsində - FOTO