Zooparkda vəhşilik: balanı öldürüb şirlərə yedirtdilər - VİDEO, FOTO
Bizi izləyin

Qırmızı.az

Zooparkda vəhşilik: balanı öldürüb şirlərə yedirtdilər - VİDEO, FOTO

Danimarkanın paytaxtı Kopenhagen şəhərinin zooparkında tam sağlam zürafə güllələnərək şirlərə verilib.

Heyvanın günahı "yaxın qohumluq cütləşməsi" əməliyyatı nəticəsində doğulması idi. Belə gen qarışması, yəni inbridinq nəticəsində doğulmuş heyvanların zooparklarda saxlanması isə Avropa Zooparklar və Akvariumlar Assosiasiyası (EAZA) tərəfindən qəti qadağan olunub.


Ağlagəlməz vəhşilik və qəddarlığa etiraz edən on minlərlə insan birgə müraciət imzalasa da, zoopark rəhbərliyi bunu nəzərə almayıb.

Halbuki Avropanın bir neçə zooparkı, o cümlədən Britaniyadakı Yorkşir Vəhşi Təbiət Parkı zürafə balasını bəsləməyə hazır olduqlarını bildirmişdilər.


Məşhur amerikalı promouter Klaus Hyelmbak da dostunun bu zürafə balasını saxlamaq fikrində olduğunu demişdi.

"Bu zürafə balası Beverli Hillsdəki parkda asudəliklə yaşaya bilərdi. Amma Kopenhagen zooparkı onu satmaq istəmədi. Çox hirsliyəm", - promouter deyib.


Etirazlara və hiddətli çağırışlara rəğmən 18 aylıq Marius adlı zürafə balası öldürülüb.


Kopenhagen zooparkının nümayəndəsi Tobias Stenbek Bro isə baş verənlərə təəccübləndiyini deyib: "Zooparkdakı adi, rutin işlərə insanların belə qəzəblənmələrinin səbəbini anlamıram. Öldürülmüş zürafənin əti zooparkdakı şirlərə verilib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm