Qırmızı.az
İlham Şaban: “Görünür, Ankara ilə danışıqlarda ciddi problemlər yaranıb”
“ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovun “Nabucco” layihəsinin orijinal variantının gündəlikdə olması, Trnansanadolu ANAP-ın hələlik konsepsiya olması barədə fikirləri gözlənilməz olub.
Axı o, mayın ortalarında Bloomberg agentliyinə bildirmişdi ki, Azərbaycanla Türkiyə arasında Transanadolu üzrə saziş bu il iyunun sonuna kimi imzalanacaq”.
Bu barədə Publika.Az-a energetika üzrə ekspert İlham Şaban danışıb.
Avstriyanın “Die Presse” qəzetinə şirkətin vitse-prezidenti Elşad Nəsirov bildirib ki, ARDNŞ “Nabucco” layihəsinin orijinal variantının gündəlikdən çıxmadığı qənaətindədir. Onun sözlərinə görə, ARDNŞ BP-yə bildirib ki, şirkət BP-nin konsorsiumdakı tərəfdaşlar adından “Nabucco” layihəsinin orijinal variantının mümkünsüz olması barədə bəyanatı ilə razı deyil: “BP üzr istədi və deyilənlərin şirkətin öz mövqeyi olduğunu bildirdi.
Bizim üçün Nabucco bir variantdır, çünki təklif olunan alternativ Transanadolu kəməri hələlik konsepsiyadır”.
Elşad Nəsirovu belə bəyanat verməyə nə vadar edib? İlham Şaban deyir ki, görünür, Ankara ilə danışıqlarda ciddi problemlər yaranıb: “Düzdür, danışıqlarda bundan əvvəl də çətinliklər olub. Qazın qiyməti, paket qaz sazişi xeyli müzakirə olundu, amma sonda həllini tapdı.
Gözləmək olar ki, Nəsirovun bəyanatı Azərbaycanın ötən il elan etdiyi strateji seçimə - Türkiyə ərazisindən xarici şirkətlər cəlb etməklə yeni kəmər çəkilməsi planına təsir etməyəcək”.
Bəkir Nərimanoğlu
Publika.Az
-
İnanc21:36Ramazanın 19-cu gününün duası - İftar və imsak vaxtları
-
Magazin121:00Xuramanın makiyajsız halı gündəm oldu - Video
-
Sağlamlıq20:24Qəhvə qan təzyiqinə görün necə təsir edir
-
İnanc19:36Bu gün ilk Qədr gecəsidir
-
Nida Xəbər 17:55Çin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi
-
Nida Xəbər 17:45Əlcəzair İranın Naxçıvana PUA hücumundan narahatdır - Attaf
-
İqtisadi gündəm17:26İran münaqişəsi ərzaq qiymətlərini bahalaşdıracaq
-
ABŞ16:40ABŞ İranda hərbi əməliyyatlara neçə milyard dollar xərcləyib?




































