Ekologiya
Bakıya güclü dolu yağmasının səbəbi açıqlandı - Daha nələr olacaq?
Ötən gün Qubaya güclü qar, Bakı və Abşerona isə şiddətli dolu yağıb. Aprel ayında ölkə ərazisində qış havasının müşahidə olunması çoxsaylı suallar doğurub.
Azərbaycan təbiətində nə baş verir? Bizi daha hansı sürprizlər gözləyir?
Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova deyib ki, proseslər təsadüfi deyil və arxasında həm mövsümi atmosfer dəyişiklikləri, həm də qlobal iqlim transformasiyaları dayanır:
“Azərbaycan coğrafi mövqeyinə görə müxtəlif hava kütlələrinin kəsişdiyi regionda yerləşir. Yaz ayları isə xüsusilə keçid dövrü hesab olunur. Bu dövrdə şimaldan soyuq hava, cənubdan isti və rütubətli kütlələr və Xəzər dənizinin təsiri eyni vaxtda atmosfer proseslərinə təsir edir. Nəticədə qısa müddət ərzində temperaturun dəyişməsi, dolu yağması, güclü külək, dağlıq ərazilərdə qar və intensiv yağış kimi hadisələr baş verir. Bu baxımdan aprel ayında qar və dolu hadisələrinin müşahidə olunması meteoroloji baxımdan qeyri-sabit sayılmır. Son dövrlərdə ölkənin bəzi bölgələrində yağıntı normadan artıq düşür. Bu isə çaylarda su səviyyəsinin qalxmasına, torpaq sürüşməsi riskinin artmasına və dolu hadisələrinin intensivləşməsinə səbəb ola bilir”.
Ekoloq bildirib ki, müasir dövrdə müşahidə olunan əsas amillərdən biri də iqlim dəyişikliyidir:
“Son onilliklər ərzində temperatur amplitudası artıb, ekstremal hava hadisələrinin sayı çoxalıb, dolu və leysanların intensivliyi yüksəlib və mövsümlərin sayı azalıb. Bu proseslər Azərbaycanda deyil, dünyanın bir çox regionlarında müşahidə olunur. İsti iqlimə malik ölkələrdə belə dolu və qeyri-adi yağışların baş verməsi qlobal iqlim sistemində dəyişikliklərin getdiyini göstərir. Mütəxəssislərin müşahidələrinə əsasən yaz aylarının sonuna qədər arabir dolu yağışları, qısamüddətli sel hadisələri və güclü külək epizodları kimi hallar davam edə bilər. Bu isə yaz mövsümü üçün xarakterik sayılır”.
İradə Həsənova əlavə edib ki, iqlim dəyişiklikləri səbəbindən son illərdə yay mövsümündə də lokal leysan yağışları, qısamüddətli dolu hadisələri və quraqlıqda növbələşən rütubətli dövrlər daha tez-tez müşahidə edilir:
“Bu isə kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunması baxımından diqqətli yanaşma tələb edir. Beləliklə, Azərbaycanda müşahidə olunan qeyri-adi hava hadisələri tamamilə fövqəladə sayılmasa da, onların intensivliyi və təkrarlanma tezliyi iqlim sistemində dəyişikliklərin getdiyini göstərir. Bu səbəbdən ətraf mühitə diqqətli yanaşmaq, riskli ərazilərdə qabaqlayıcı tədbirlər görmək və meteoroloji xəbərdarlıqları izləmək vacibdir”.
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib



















.jpg)

















