Qırmızı.az
ADPU rektoru: “Qəbul imtahanlarında yeniliklərə şahid olacağıq“
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, akademik Yusif Məmmədov hesab edir ki, orta məktəblərdə yekun attestat imtahanların ali məktəblərə qəbul imtahanları ilə birləşdirilməsi müsbət addım olar. O, Publika.Az-a açıqlamasında bu barədə danışıb.
"Xəzər" Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı orta məktəblərdə buraxılış imtahanları ilə ali məktəblərə qəbul imtahanlarının birləşdirilməsi təklifi ilə çıxış edib.
Hamlet İsaxanlı bunu həm abituriyentlərin əlavə vaxt itkisinin qarşısını almaq, həm də onların biliyini real qiymətləndirmək baxımından vacib qərar adlandırıb.
ADPU rektoru həmkarı Hamlet İsaxanlının təşəbbüsünü dəstəklədiyini bildirib: "Əlbəttə, vahid imtahan sisteminin tətbiqi çox düzgün qərar olardı. Bu yolla abituriyentlər həm əlavə yükdən azad olar, həm də enerjisini bir istiqamətə yönəldərdilər.
Bu mənada "Xəzər" Universitetinin rektoru Hamlet İsaxanlının təklifini dəstəkləyirəm. Hesab edirəm ki, son dövrlər atılan addımlar, təhsil sahəsində həyata keçirilən islahatlar da məhz bu məqsədə xidmət edir.
Yəqin ki, yaxın illərdə bununla bağlı yeniliklərin şahidi olacağıq. Abituriyentlər də bundan yararlanaraq, daha ciddi səylə imtahana hazırlaşacaqlar".
Azər Niftiyev
Publika.Az
-
ABŞ04:30Ərdoğanı xoşbəxt edəcək qərar verəcəyəm - Tramp
-
İdman03:44Tarixi qərar: Hər bir idmançıya 10 min dollar veriləcək
-
Qoroskop01:40Günün ulduz falı: sirlərinizi bölüşməyin!
-
Hadisə24 İyun 22:46Suqovuşanda Vətən müharibəsi qazisi bıçaqlandı - Foto
-
Sosial24 İyun 22:04Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?
-
Magazin224 İyun 19:40Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı
-
Səhiyyə24 İyun 19:30İlkin İsmayılov vəzifəsindən azad edildi
-
Rəsmi xronika24 İyun 17:48İlham Əliyev Məhəmməd Baqir Qalibafı qəbul etdi














.jpg)















