Qırmızı.az
“Əli Kərimlinin lideri Elçibəy yox, Xamneyidir“
"Əli Kərimli bu cür bəyanat verməklə təsdiq etdi ki, onun lideri Əbülfəz Elçibəy deyil, İran dini lideri Xamneyidır. Əbülfəz Elçibəy sağ olsaydı, Əli Kərimlini dərhal partiyadan qovardı. O bir daha sübut etdi ki, onun üçün milli maraq anlayışı yoxdur".
Bu fikirləri Publika.Az-a BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı AXCP sədri Əli Kərimlinin İctimai Palatanın yığıncağındakı çıxışına münasibət bildirərkən söyləyib.
Əli Kərimli İranın son günlərdə Azərbaycanala bağlı sərgilədiyi siyasətə etiraz olaraq keçirilən aksiyalarda dini lider Xamneyinin şəkillərinin yandırılmasının ona qarşı təhqir olduğunu deyib. O bildirb ki, Xamneyi milyonlarla insanın lideridir və ona qarşı bu cür hərəkət yanlışdır.
Niyaməddin Orduxanlı isə düşünür ki, Əli Kərimli bu açıqlama ilə İranla Azərbaycan arasındakı vəziyyəti daha da gərginləşdirmək istəyir:
"Açıq şəkildə molla rejiminə yarınmaq istəyir. Düşünür ki, indiki vəziyyətdə İrandan dəstək almaqla nəyəsə nail ola bilər. Hər gün İran dövlət televiziyasında Azərbaycan və onun rəhbərliyinə qarşı açıq formada informasiyalar verilir. Niyə İran bunun qarşısını almır? Niyə bu haqda İctimai Palata etiraz etmir? Söhbət Azərbaycanın milli maraqlarından gedir. Bu gün Azərbaycanda mahnı müsabiqəsinin keçirilməsinə görə, Ermənistan və İrandan çox, Əli Kərimli
narahatdır. Onun Azərbaycana qarşı planları Sarkisiyan və Xamneyinin planları ilə üst–üstə düşür".
Günay Muradlı
Publika.Az
-
Hadisə21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
-
Avropa20:48Nazi yeni doğulmuş körpəsi ilə iclasa qatıldı
-
İdman20:24Fərman Həsənov UFC-də qələbə qazandı
-
İdman19:36Dünya çempionatı matçından sonra atışma baş verdi
-
Dünya18:486,1 maqnitudalı zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Nida Xəbər 18:24Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi
-
İqtisadi gündəm17:51Mayda çökən körpünün təmiri niyə ləngiyir? - VİDEO
-
Elm və təhsil17:25AMEA-dan gündəm olan görüntülərlə bağlı açıqlama - Video
























.jpg)







