İdman
Dünya çempionatı matçından sonra atışma baş verdi
ABŞ-ın Massaçusets ştatının Brokton şəhərində DÇ-2026-nın Kabo-Verde - Səudiyyə Ərəbistanı matçından sonra atışma baş verib.
Publika.az xəbər verir ki, bu barədə "NBC Boston" məlumat yayıb.
Şəhərin mərkəzi küçəsi rayonunda bir neçə atışma qeydə alınıb. Dörd nəfər yaralanıb. Bütün zərərçəkənlər xəstəxanaya çatdırılıb. Polis atışmada şübhəli bilinən şəxslərdən birinin fotolarını dərc edib. Görüntülərdə tünd rəngli sviterdə gənc qaradərili kişi təsvir olunub.
Qeyd olunub ki, Broktonda 20 min Kabo-Verde əsilli insan yaşayır. Onların bir çoxu ölkə yığmasının tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə çıxışını qeyd etmək üçün şəhərin küçələrinə axışıb. Qərbi Afrika komandasına uğuru qrup turnirinin sonuncu turunda Səudiyyə Ərəbistanı ilə heç-heçə (0:0) qazandırıb.
Hüseyn İbadlı
-
Nida Xəbər 12:39Əli Əsədov sərəncam imzaladı
-
İdman11:18Ronaldonun toyuna dəvət etdiyi məşhurlar: Rihanna, Həbib, Mbappe, Lopes...
-
Region10:23Ermənistanda Putinlə Paşinyanın telefon söhbətindən narahatdırlar: Moskva ona inanmır
-
Pul09:59Sosial büdcədə rekord: Maaş və pensiyalar artır?
-
İdman09:34Ulduz futbolçu qalmaqallı FOTOLARI haqda - Evli kişiyəm
-
Magazin109:13Bloger Səidə Bəkirqızını yenidən məhkəməyə verdi
-
Kriminal08:48Qayınata keçmiş kürəkənini qətlə yetirdi
-
İKT08:00Smartfonun "güc" düyməsinin gizli funksiyaları - 5 dəfə tez-tez basmaqla...

















.jpg)

















