Qırmızı.az
Azərbaycan qadınları Fasyenin boğazını qurutdular
Azəri-Türk Qadınlar Birliyi Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirdi. Tədbirin məqsədi İranın Azərbaycana qarşı apardığı əsassız təbliğat kampaniyası və Brüsseldə keçirilən konfrans haqda məlumat vermək idi.
Tədbirin təşkilatçısı Tənzilə Rüstəmxanlı bildirdi ki, azərbaycanlıları öz yurd-yuvalarından didərgin salan, qocasına, qadınına, körpəsinə belə baxmadan soydaşlarımızı qətlə yetirən, müqəddəs sitayiş yerlərimizi dağıdan ermənilərə dəstək duran İranın "Eurovision" kimi möhtəşəm musiqi yarışmasına müdaxilə etməyə haqqı yoxdur.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Azəri-Türk Qadınları Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlının Brüsseldə Azərbaycan səfirliyinin dəstəyi ilə möhtəşəm tədbir təşkil etdiyini dedi.
Novella Cəfəroğlu bildirdi ki, Azərbaycan gerçəklərini bütün dünyaya çatdırmağın ən yaxşı yolu həqiqətləri beynəlxalq nümayəndələrin dili ilə deməkdir.
Hüquq müdafiəçisi onu da söylədi ki, İran müsəlman olduğu halda Ermənistana il ərzində külli miqdarda yardımlar göstərir:
"İranın Azərbaycanın daxili siyasətinə qarışmağa haqqı yoxdur. Ermənistanın Azərbaycanda törətdiyi vəhşilikləri dünyaya çatdırmaq əvəzinə yardım göstərir. Bunun isə məlum səbəbləri var. İran da Ermənistandan, əslində isə Qarabağdan faydalanır. Bu fayda isə uranın Qarabağ vasitəsi ilə İrana daşınmasıdır. Biz bu həqiqətləri senatorların, Avropa İttifaqının vəkillərinin də iştirak etdiyi görüşdə dedik. Belə ki, Belçika Krallığının senatoru, xanım Tilmans Dominik Conardın təşkilatçılığı ilə mayın 3-4-də Belçika senatında beynəlxalq konfrans keçirilib. "Sülhə gedən yol qadınlardan keçir" Cəmiyyətinin keçirdiyi konfrans "Cənubi Qafqazda çətinliklər və problemlərdə qadınlara düşən rol" mövzusunda olub. Konfransda cənab Fasye də iştirak edib. Dağlıq Qarabağla bağlı konfiliktin həll olunması üçün təşkil edilmiş kommisiyada niyə Türkiyənin adının yoxluğu ilə bağlı suala Cənab Fasye cavab verə bilməyib".
Sonda Tənzilə Rüstəmxanlı tədbirdə İranın Azərbaycan və azərbaycanlılarla bağlı siyasətini də tənqid etdi və bəzi şəxslərin Azərbaycanda "Evrovizion" mahnı müsabiqəsinin keçirilməsinin əleyhinə fikir səsləndirməsinə etirazını bildirdi:
"İran Ermənistana hər cür yardım edir və köməyini əsirgəməyəcəyini söyləyir. İran özü Azərbaycanın maraqlarını qorumadığı halda, Azərbaycandan ona güzəştə getməsini istəyir".
Günay Muradlı
Publika.Az
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO