Qırmızı.az
Tanınmış jurnalist vəfat etdi
Tanınmış jurnalist Araz Zeynalovun anası Məryəm Həsənzadə 83 yaşında dünyasını dəyişib.
Publika.az xəbər verir ki, Mətbuat Şurası M.Həsənzadənin vəfatı ilə bağlı nekroloq yayıb. Nekroloqda deyilir:
“Məryəm Həsənzadə 1932-ci ildə Bakıda dünyaya göz açıb. Orta təhsilini paytaxtın 132 saylı məktəbində alıb. Azərbaycan tarixində xeyriyyəçiliyi ilə tanınan Hacı Zeynalabdin Tağıyev nəslinə mənsubluğu Məryəm xanımın xarakterinə xas nəciblik xüsusiyyətlərini şərtləndirib. Xüsusilə qadın həmkarları onun mənəvi keyfiyyətlərini özlərinə nümunə götürüb, yaradıcılıqlarına örnək sayıblar. Bu örnəyi zəngin həyat yoluna çevirən yaşantılar kifayət qədərdir.
M.Həsənzadə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin
ilk qadın məzunlarından olub. Hələ tələbəlik illərində müxtəlif
janrlarda qələmə aldığı yazılar respublika mətbuatında müntəzəm yer
alıb.
Gənc jurnalistin milli mətbuatımızın aparıcı nümunələrindən olan
“Xalq qəzeti”nə (keçmiş “Kommunist”) ədəbi işçi kimi qəbul olunması
böyük etimad sayıla bilərdi. Məryəm xanım nəinki bu etimadı
doğrultdu, eyni zamanda neçə-neçə jurnalist kadrların
püxtələşmələrində məktəb rolunu oynadı. Nəşrdə 40 ilə yaxın
müddətdə müxbir, mədəniyyət yazarı kimi fəaliyyət göstərdi.
M.Həsənzadənin yaradıcılıq dünyasında publisistik düşüncələr
aparıcı xətti təşkil edib. Rəssam məharətilə cızdığı portretlərin
görünməyən tərəflərinin təqdimatında duyulan sözün qüdrəti olub.
Yorulmaq bilməyən səmərəli fəaliyyəti jurnalistə geniş oxucu
auditoriyası qazandırıb. Müəllifin bir sıra qələm nümunələri
“Ürəyəm, arzum sənsən” adlı oçerklər kitabında toplanıb. Azərbaycan
Respublikası Ali Sovetinin Fəxri Fərmanı, dövrün sayılıb-seçilən
mükafatlarından “Qızıl qələm”lə təltif olunan Məryəm xanım öz
peşəsini övladlarına da sevdirib.
Azərbaycan Mətbuat Şurası Məryəm Həsənzadənin dünyasını dəyişməsini
onun ailəsi ilə yanaşı, bütövlükdə milli mətbuatımız üçün böyük
itki sayır. Mərhumun doğmalarına və əzizlərinə dərin hüznlə
başsağlığı verir.
Allah rəhmət eləsin!
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO