Qırmızı.az
Səməd Seyidov Norveç Krallığının Azərbaycandakı səfirini qəbul etdi
Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bord İvar Svendseni qəbul etdi.
Qonağı salamlayan rektor Səməd Seyidov onu universitetdə görməkdən məmnun olduğunu bildirdi. O, ADU ilə Norveç universitetləri arasında əlaqələrin mövcudluğundan söz açdı. Rəhbərlik etdiyi universitetdə Skandinaviya mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdıran rektor, professor Səməd Seyidov bu mərkəzin ölkələrarası əlaqələrin inkişafına, mədəniyyətlərin öyrənilməsinə xidmət etdiyini vurğuladı. Norveçlə ADU arasında olan əlaqələrdən danışan rektor Səməd Seyidov universitetdə fəaliyyət göstərən Skandinaviya mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdi və bu mərkəzin ikitərəfli əlaqələrin inkişafında rol oynadığını sözlərinə əlavə etdi. ADU-nun Beynəlxalq əlaqələrindən danışan rektor, digər Avropa ölkələri ilə də əməkdaşlıqdan söz açdı. Rektor, professor Səməd Seyidov tələbələrin norveç dilinə olan marağından danışdı və hər il bir qrup tələbənin Norveçin Oslo Universitetinə Yay məktəbinə göndərildiyini sözlərinə əlavə etdi.
Səmimi qəbula görə təşəkkür edən Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bord İvar Svendsen universitetdə olmağından məmnun olduğunu bildirdi. Səfir ADU və burada fəaliyyət göstərən Skandinaviya mərkəzi haqqında artıq məlumatının olduğunu qeyd etdi. O, universitetdə norveç dilinin tədrisini yüksək qiymətləndirdi. Səfir Bord İvar Svendsen ikitərəfli əlaqələrin daha inkişaf edəcəyinə əminliyini ifadə etdi. O, norveç dilini öyrənən tələbələrlə tanış olmaq və onlara mühazirə oxumaqdan şad olacağını sözlərinə əlavə etdi.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin keçirilməsi, tələbə-müəllim mübadiləsi haqqında fikir mübadiləsi aparıldı.
Görüşdən sonra səfir Bord İvar Svendsen Skandinaviya mərkəzində oldu və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə görüşdü.
Qeyd edək ki, ADU ilə Oslo Universiteti arasında 2007-ci ildən bu günədək layihə çərçivəsində ADU-nun ümumilikdə 105 nəfər tələbəsi və müəllimi sözügedən ali təhsil ocağında təhsil alıblar.
-
Kriminal04:14
Paytaxtda QANLI GECƏ: ailə üzvləri yaşadıqları evdə bıçaqlandılar
-
Hadisə03:23
Lənkərandan ACI XƏBƏR: ölən və xəsarət alanlar var - FOTO
-
Magazin202:12
“Miss Russia 2024” müsabiqəsinin qalibi bəlli oldu
-
İKT01:21
"YouTube"a yeni RƏQİB GƏLİR: müsabiqə elan edildi
-
Region00:30
Türkiyədə silahlı qadın doğum evinin həkimlərini GİROV GÖTÜRDÜ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə mövzular gündəmə gələ bilər ki...
-
Hadisə00:00
Xoşqədəm baldızı tərəfindən döyülən qadının VİDEOSUNU YAYDI
-
Əmlak5 Oktyabr 23:36
Bakıda bu evlər sökülür: pul veriləcək - FOTO