İdman
Azərbaycan futbolunda qeyri-adi hadisə
Azərbaycan 2-ci Liqasının 17-ci turunda “Şəmkir” – “Xankəndi” görüşü baş tutmayıb. Buna səbəb komandaların formalarının rənglərinin oxşar olması olub.
Məsələ ilə bağlı PFL-dən Publika.az-a verilən məlumata görə, oyun forması ilə bağlı məsələlər 2-ci Liqa Əsasnaməsi ilə tam şəkildə tənzimlənir. PFL “Şəmkir” klubunun həm reqlament qaydalarına əməl etməməsini, həm də problemin həlli üçün göstərilən bütün səylərə baxmayaraq oyuna çıxmaqdan imtina etməsini ciddi səhlənkarlıq və Azərbaycan futbolunun maraqlarına zidd hərəkət kimi qiymətləndirib.
“İlk növbədə bildiririk ki, oyun forması ilə bağlı məsələlər II Liqa Əsasnaməsi ilə tam şəkildə tənzimlənir. Qaydalara əsasən, meydan sahibi komanda istifadə edəcəyi formanı əvvəlcədən müvafiq qurumlara və rəqib komandaya göndərməlidir, bu oyundan ən gec iki gün öncə saat 16:00-dək olmalıdır. Qonaq komanda isə məhz bu məlumat əsasında öz formasını müəyyənləşdirir. Təəssüf ki, “Şəmkir” klubu Əsasnamənin tələbini pozaraq forma ilə bağlı məlumatı əvvəlcədən təqdim etməyib. İlk problem də məhz bu səbəbdən yaranıb.
Oyundan əvvəl hakimlər və komandalar formalar arasında oxşarlıq olduğunu müəyyən edərək bu barədə məlumat veriblər. Bundan sonra PFL tərəfindən məsələ operativ şəkildə araşdırılıb. “Şəmkir” klubu PFL-ə bildirib ki, onların hazırda cəmi bir oyun forması mövcuddur və ikinci forma bu və ya digər səbəbdən təqdim edilməyib. Qonaq komanda olan “Xankəndi” isə əvvəlcədən hazırladığı formaya baxmayaraq, oyunun keçirilməsi naminə hakimlərin və AFFA nümayəndəsinin tələblərini yerinə yetirərək formasını dəyişib. Lakin hakimlər bu variantı da uyğun hesab etməyib və oyunun gedişində problemlər yarana biləcəyini bildiriblər.
Məsələ uzandıqca PFL tərəfindən həm hakimlərə, həm də hər iki komandaya bildirilib ki, görüş saat 16:30-a təyin olunub və bu vaxt gün batımı, həmçinin oyunun qaranlığa düşməməsi nəzərə alınaraq seçilib. PFL alternativ variantlardan istifadə etməyə çalışıb.
-
Magazin102:19Aygün Kazımovanın səhhəti pisləşdi: Konsert təxirə salındı
-
Qoroskop01:40Günün ulduz falı: heç nəyi gizlədə bilməyəcəksiz...
-
ABŞ1 May 23:55Ağ Ev İranla müharibənin bitdiyini bəyan etdi
-
Hadisə1 May 23:15TƏBİB dəhşətli qəzada xəsarət alanların son vəziyyətini açıqladı - Yeniləndi
-
ABŞ1 May 21:26İranın təkliflərindən məmnun deyiləm - Tramp
-
Kriminal1 May 19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə1 May 18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 1 May 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm













.jpg)



.jpg)










.png)

.jpg)






