Nida Təhlil
Türkiyə mediasında Azərbaycana qarşı kampaniya və Ərdoğanın xəbərdarlığı
İranın Türkiyəyə raket atmasından sonra Prezident İlham Əliyev Rəcəb Tayyip Ərdoğanla telefonda danışıb, hücumu qınayıb. Ərdoğan da hökumət iclasında İranın Naxçıvana hücumunu pisləyib.
Ərdoğanın hökumət iclasında dediyi “qardaş ölkələrlə, xüsusən də Azərbaycanla həmrəyik, heç kim səhv hesablar etməsin, qardaşı qardaşa qarşı qoyacaq tələyə düşməməliyik” sözləri də diqqət çəkir, xüsusilə son günlər Türkiyə mediasında (hakimiyyətə yaxın media da daxil olmaqla) Azərbaycana qarşı ittihamlar/iddialar fonunda.
İranın Naxçıvana hücumundan sonra Türkiyə mediasında Azərbaycan faktiki hədəfə çevrilib. Müşahidələrdən aydın görünür: türkiyəli jurnalistlər/ekspertlər Azərbaycan tarixini bilmir; Azərbaycan-İran münasibətlərindən məlumatsızdırlar; İranda rejimi yaxşı tanımır, Bakıya qarşı etdiklərindən xəbərsizdirlər, yaxud görməzdən gəlirlər;
Anlamırlar ki, Azərbaycanda nə İsrail, nə Rusiya, nə ABŞ, nə Avropa Türkiyənin maraqlarına qarşı nəsə etmək iqtidarında deyil. Nə dövlət, nə xalq buna imkan verməz. Bunu etmək imkanı olan yeganə qüvvə İrandakı mövcud rejimdir. İran rejimi uzun illər dini kimlik və məzhəbçilik üzərindən Azərbaycana təsir etmək cəhdləri ilə həm də Türkiyənin maraqlarına qarşı mübarizə aparıb.
Bunu İran mediasında detallı şəkildə görmək çətindir, çünki rejimin Azərbaycan auditoriyasına hesablanmış bəlli informasiya resursları var: “Səhər tv”, eləcə də sosial media platforması (“Hüseyniyyun” qruplaşması təbliğatı əsasən bu platformalarda aparır);
2020-ci ildə Tovuz döyüşlərindən sonra Azərbaycan auditoriyasına hesablanmış anti-Türkiyə təbliğatı açıq müstəviyə keçdi. 44 günlük müharibədən sonra isə daha kəskin hal aldı. Əsas tezisləri Türkiyənin “neo-osmançılıq” ideyası ilə Azərbaycanı “işğal etmək” istədiyi iddiası idi. Birbaşa Ərdoğanı hədəfə alan geniş kampaniya da aparılıb. İran rejiminin nə Azərbaycana, nə də Türkiyəyə qarşı planları dəyişməyib, müharibədən “sağ çıxsalar” yenə davam edəcəklər.
Bu rejimi müdafiə edən Türkiyə mediası isə elə təbliğat aparır ki, sanki hücum edən Azərbaycandır, yaxud Azərbaycan İranın parçalanmasına çalışır.
Azərbaycan üçün parçalanmış yox, mövcud rejimin yerinə loyal və ikitərəfli münasibətləri proqnozlaşdıra bildiyi hakimiyyətin olduğu İran lazımdır, təbii ki, oradakı soydaşlarımızın ən azı mədəni hüquqlarının qorunması şərti ilə. Müharibənin yekununda rejim yıxılacaq, yoxsa İran, siyasətimiz də buna uyğun qurulacaq.
Asif Nərimanlı
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov















.jpg)
.jpg)

















