Ermənilər cəbhə xəttini keçməyə cəhd etdi, 1 ölü, 1 yaralı - RƏSMİ
Bizi izləyin

Qırmızı.az

Ermənilər cəbhə xəttini keçməyə cəhd etdi, 1 ölü, 1 yaralı - RƏSMİ

Yanvarın 21-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumat görə, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən ermənilər geri çəkilməyə məcbur edilib.

Qarşı tərəfin ilkin rəsmi məlumatına görə, işğalçılardan Naapet Asatryan məhv edilib, Ovannes Qasparyan isə ağır yaralanıb.

Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən təxribatının qarşısını almağa hər an hazırdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm