Qırmızı.az
Tələbələr onlayn sınaq imtahanı verə biləcək
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbələri test imtahanlarına hazırlaşarkən sınaq imtahanı verə biləcəklər.
Universitetdən Publika.az-a verilən məlumata görə, “Özünü sına” onlayn sınaq imtahanı portalı ölkə universitetləri arasında ilk dəfə ADİU-da tətbiq olunur.
Bunun üçün istifadəçilər sinaqimtahani.net saytında qeydiyyatdan keçməlidirlər. Sınaq imtahanın nəticələri istifadəçinin şəxsi kabinetində saxlanılır. Portal bütün müasir platformalarda dəstəklənir. Layihə tələbələrin imtahanlara psixoloji hazırlanmasına da kömək edəcək.
Tələbə, magistr və dinləyicilər üçün nəzərdə tutulan saytda ADİU-da Azərbaycan, rus və ingilis dilində tədris edilən bütün fənnlər (340-dan artıq) üzrə test bazası yerləşdirilib. Gələcəkdə isə buraya Azərbaycan mövzusunda imtahan proqramları, həmçinin xarici dil biliklərinin artırılmasına xidmət edən xüsusi proqramlar yüklənməsi nəzərdə tutulub.
Qısa müddət ərzində portalda 14 mindən çox istifadəçi qeydiyyatdan keçib. Sınaq imtahanında 300 min dəfədən artıq iştirak qeydiyyata alınıb.
“Özünü sına” – ADİU-nun İnformatika və idarəetmə fakültəsinin II kurs tələbəsi Fəqan Çələbizadənin startap layihəsidir.
-
İdman10:53Messini Hindistanda on minlərlə insan belə qarşıladı - VİDEO
-
Ekologiya10:40Qaxa qar yağdı
-
MDB10:11Rusiya ərazisi vuruldu, ölənlər var
-
Sosial09:40Azərbaycanlıların yeni daşınmaz əmlak bazarı: Görün hansı ölkədə ev alırlar
-
MDB09:30Paytaxt üçün güclü şaxta proqnozu verdilər...
-
Sosial08:15Yas mərasimlərində yeni TREND - "Bu, dinin qaydalarından kənara çıxmaqdır"
-
İdman07:15Nəriman Axundzadə kimin nəvəsidir? - Qiyməti və maaşı...
-
Magazin205:15Hande Erçelin yeni sevgilisi - Özündən 13 yaş böyükdür































