Qırmızı.az
Qənirə Paşayeva seçiciləri ilə görüşdü
Millət vəkili Qənirə Paşayeva Qovlarda kənd sakinləri ilə görüşdə problemləri dövlət qurumları ilə müzakirə edəcəyini deyib.
Millət vəkili Qənirə Paşayeva Qovlarda Yanıq Pəyə kəndində sakinlərlə görüşüb və onların qayğı və problemləri ilə maraqlanıb. Bir çox xəstələrlə görüşən millət vəkili onların müalicələri ilə maraqlanıb, bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.
Bir sıra seçicilər millət vəkili ilə görüşdə ünvanlı sosial yardımla və əlilliyə görə pensiya ilə bağlı müraciətləri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayondakı qurumları ilə müzakirə olunub. Seçicilər əsasən ünvanlı sosial yardım, yol, bağça, tibb məntəqəsi, əkin suvarma suyu ilə bağlı təhcizatın daha da yaxşılaşdırılması, yeni artezian quyularına böyük ehtiyac və bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələr ilə bağlı öz təklif və fikirlərini bildiriblər, müzakirələr aparıblar.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, bir sıra sakinlərin əkinlərini suvarmaq üçün və ümumiyyətlə, sudan ciddi çətinlik çəkdiyini bilir. Bununla bağlı Su və Meliorasiya Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəyə müraciət etdiyini və Tovuzda bir neçə artezian quyularının qazıldığını, amma yenə də təlabat olduğunu deyən millət vəkili Qənirə Paşayeva bir neçə gün əvvəl Su və Meliorasiya Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə ilə görüşdüyünü, bu məsələni onun diqqətinə çatdıraraq sakinlər və öz adından xahiş etdiyini deyib və bildirib ki, Bakıya döndükdən sonra nazirdən bu məsələnin qısa zamanda həlli üçün yenidən xahiş edəcək. Millət vəkili Qovlarda bəzi bölgələrə gedən yollar və ictimai nəqliyyatla bağlı problemləri aidiyyatı qurumlarla təkrar müzakirə edəcəyini və onların tezliklə həlli istiqamətində bir millət vəkili olaraq sakinlərin və özünün xahişlərini təkrar çatdıracağını deyib.
Millət vəkili bir sıra vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Seçiciləri ilə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən də danışıb, sualları cavablandırıb. Millət vəkili Qənirə Paşayeva kənd sakinlərini mənzillərini sığortalatmağa və uşaqların təhsilə daha da ciddi önəm verməyə də çağırıb.
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi