Qırmızı.az
Diqqətsiz sürücülərin törətdiyi yol qəzaları - VİDEO
Bakıda baş vermiş iki yol qəzası Daxili İşlər Nazirliyinin “Tühləkəsiz şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameralarında qeydə alınıb.
Videoda qeydə alınan birinci qəza kifayət qədər qarışıq bir şəraitdə baş verir. Videokadrlarda nə svetofor, nə də hər hansı nişanlar görünür. Ona görə də bu yolayırıcında nə baş verdiyini anlamaq çətindir. Bununla belə, aydınca görünür ki, qəzaya düşən hər iki sürücü hərəkət şəraitinə lazımınca nəzarət etmirlər. Qırmızı avtomobilin sürücüsü belə qarışıq bir yolayrıcında heç nə olmamış kimi şütüyür. Digər avtomobilin sürücüsü isə yol şəraitinə nəzarət etmir. Nəticədə belə bir hadisə baş verir. Burada hansı sürücünün təqsirli olduğunu yalnız yolayrıcındakı svetoforun, svetofor işləmirsə (yoxdursa), yol nişanlarının tələbinə əsasən söyləmək olar. Həmin tənzimləmə vasitələri də görünmür.
İkinci qəzada isə hər şey aydındır. Təqsirkar ağ rəngli “VAZ”ın sürücüsüdür. O, sol zolağa yerdəyişmə etmək istəyir, bu zaman yerdəyişmə etmək istədiyi zolaqda taksi var, qabağında isə “Hyundai”. “VAZ”ın sürücüsü öz avtomobilini birtəhər ora pərçimləməklə sol zolağa keçmək istəyir, özü də bu zaman ara məsafəsini kobud şəkildə pozur və sürətini artıraraq vəziyyətdən çıxmağa çalışır. Lakin qabaqdakı maşının arxasına toxunur və onu itələyərək özündən qabaqdakı üçüncü maşına dəyməsinə səbəb olur.
Bu hadisə yollarımızda geniş yayılmış sürücü mədəniyyətsizliyinin və hətta deyərdim ki, təfəkkürsüzlüyün aşkar göstəricisidir. Kadrda göründüyü kimi, bəzi sürücülər öz burunlarının yerləşdiyi yerə maşınlarını soxmaq istəyirlər. Nəticədə belə qəzalar qaçılmaz olur. (avtosfer.az)
-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı
-
Sosial13:17Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"
-
Dünya12:00Milyarderlər gizlicə narkotik qəbul edirlər: İndi bunu cəmiyyətə yayırlar
-
Nida Xəbər 11:22Milli Məclisin iclası başladı
-
Dünya11:18Putin şəxsən xahiş edib: Bu mesajı Trampa çatdırın
-
Region11:15Saakaşvili həbsxanada tanınmaz hala düşdü: Yeni imici diqqət çəkdi - FOTO
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi

































