Qırmızı.az
Bu gün Bakıda hava yağmursuz olacaq - Hava Haqqında
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluluğun artacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 4-6°, gündüz 11-16° isti, Bakıda gecə 4-6°,
gündüz 14-16° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa
yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 60-65 fazi təşkil
edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən,
yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, dağlıq ərazilərdə 8-10°
şaxta, gündüz 12-17° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında hava, əsasən, yağmursuz keçəcək, lakin axşam
bəzi yerlərdə yağıntı olacağı gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti
olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında hava, əsasən, yağmursuz keçəcək, gecə və
səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 1-5°, gündüz 12-17° isti olacağı
gözlənilir
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında hava, əsasən, yağmursuz keçəcək, arabir duman
olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağıntı olacağı
gözlənilir.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti,
dağlarda gecə 4-7°, yüksək dağlıq ərazilərdə 5-10°, gündüz 0-3°
şaxta olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən,
yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 1-6°, gündüz 12-17° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında hava, əsasən, yağmursuz keçəcək, bəzi
yerlərdə duman olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağıntı
olacağı gözlənilir.
Temperatur gecə 2-6°, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan
2°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın iki gün ərzində Abşeron yarımadasında mülayim cənub-qərb
küləyinin arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunması əksər
meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR