Qırmızı.az
Bakıda Küveytin milli bayramı ilə bağlı rəsmi qəbul təşkil olunub
Küveyt Dövlətinin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Dövlət müstəqilliyinin 53-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.
Tədbirdə Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi çıxış edərək tədbirin, eyni zamanda, Küveyt Dövlətinin azadlıq bayramının 23-cü ildönümünə həsr olunduğunu bildirib.
Səfir ölkəsinin inkişaf yolundan danışmış, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulayıb.
Diplomat dost ölkələr olan Küveyt ilə Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək deyib ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin yaradır. Prezident İlham Əliyevin 2009-cu ildə Küveyt Dövlətinə rəsmi səfərinin əlaqələrimizin inkişafına təkan verdiyi vurğulanıb.
Təhsil naziri Mikayıl Cabbarov əlamətdar gün münasibətilə dost Küveyt xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik etmiş, dövlətimizin başçısının xoş arzularını çatdırıb.
Nazir qeyd edib ki, son zamanlar Azərbaycan ilə Küveyt arasında müxtəlif sahələri əhatə edən əlaqələr uğurla inkişaf edir. Azərbaycan ilə Küveyt arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan M.Cabbarov dost ölkənin beynəlxalq təşkilatlarda respublikamızın mövqeyini birmənalı olaraq müdafiə etdiyini söyləyib. Nazir əmin olduğunu bildirib ki, ölkələrimiz arasında dostluq münasibətləri getdikcə daha da möhkəmlənəcək və dərinləşəcək.
Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri, paytaxt ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin16 May 20:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO