Qırmızı.az
ABŞ konqresmenləri Xocalı faciəsi ilə bağlı bəyanat verdi
Fevralın 25-də ABŞ Konqresinin üzvləri Stiv Kohen (Steve Cohen) və Virciniya Foks (Virginia Foxx) Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı Konqresdə bəyanatlarla çıxış ediblər.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata
görə, Konqresdəki Azərbaycan üzrə İşçi Qrupunun həmsədrlərindən
olan S.Kohen öz bəyanatında Azərbaycanın Dağlıq Qarabaş bölgəsinin
Xocalı şəhərində baş vermiş faciə barədə məlumat verib və Dağlıq
Qarabağın hazırda işğal altında olduğunu bəyan edib. Konqresmen
Azərbaycanı dünyanın önəmli bir regionunda ABŞ-ın güclü müttəfiqi
kimi xarakterizə edib və Birləşmiş Ştatların Ermənistan-Azərbaycan
münaqişəsinin həllində fəal iştirakının vacibliyini vurğulayıb.
Konqresdəki Azərbaycan üzrə İşçi Qrupunun üzvlərindən olan V.Foks
isə öz bəyanatında Xocalı faciəsinin Ermənistan-Azərbaycan
münaqişəsinin ən ağrılı günü olduğunu və Amerika xalqının bu
hadisəni yad etməsinin önəmini qeyd edib.
ABŞ Konqresinin üzvləri Cin Qrin (Gene Green) və Tim Rayn (Tim
Ryan) da Xocalı faciəsinin 22-ci ildönümü münasibətilə Konqresdə
bəyanatlarla çıxış ediblər.
Konqresmen C.Qrin öz bəyanatında Xocalının Azərbaycanın Dağlıq
Qarabağ bölgəsinin ən böyük 3 yaşayış məntəqəsindən biri olduğunu
qeyd edib və Xocalı faciəsinin nüfuzlu beynəlxalq media orqanları
tərəfindən işıqlandırıldığını bəyan edib. Azərbaycanın ABŞ-ın mühüm
tərəfdaşı və dostu olduğunu vurğulayan konqresmen, eyni zamanda,
dünya liderlərini Azərbaycan torpaqlarının işğalına son verəcək
sülh razılaşmasının əldə olunmasına kömək etməyə çağırıb.
Öz növbəsində, konqresmen T.Rayn da Xocalı faciəsinin qurbanlarını
yad edib. O, öz bəyanatında Ermənistan və Azərbaycan arasındakı
münaqişənin ədalətli və hərtərəfli
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO