Qırmızı.az
MTN-dən narkotik əməliyyatları: 9 nəfər tutuldu
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan Respublikasının ərazisinə ümumilikdə 32 kiloqram 800 qramdan artıq narkotik vasitənin daşınmasının qarşısı alınmış, bu hüquqazidd əməllərin törədilməsinə görə 9 nəfər şübhəli şəxs qismində tutulmuşdur.
Bu barədə Publika.az MTN-nin İctimai Əlaqələr
İdarəsinə istinadən məlumat verib.
Məlumata görə, “İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin
qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının
vətəndaşı – Abbasov Qabil Bəhram oğlu saxlanılmış, keçirilmiş baxış
zamanı onun idarə etdiyi avtomobilin yük yerindən 220 qram heroin,
1 kiloqram 700 qram tiryək, 4 kiloqram 337 qram həşiş qətranı və 7
kiloqram 300 qram qurudulmuş marixuana aşkar edilərək
götürülmüşdür.
Digər əməliyyat-axtarış tədbiri nəticəsində Azərbaycan
Respublikasının vətəndaşları – Ağayev Əlikram Məmməd oğlu, Əhmədov
Tahir Xasay oğlu, Nuriyev Umud Hidayət oğlu saxlanılmış, baxış
zamanı onlardan 9 kiloqram 900 qrama yaxın tiryək aşkar edilərək
götürülmüşdür. Müəyyən edilmişdir ki, Əlikram Ağayev, Tahir
Əhmədov, Umud Nuriyev və qeyriləri cinayət əlaqəsinə girərək
qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin narkotik vasitəni
İran İslam Respublikası istiqamətindən qaçaq yolla Azərbaycan
Respublikasının Cəlilabad rayonunun Məlikqasımlı kəndinin ərazisinə
gətirmişlər.
Milli Təhlükəsizlik Nazirliyinin daha bir əməliyyat-axtarış
tədbiri nəticəsində “İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin
qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının
vətəndaşları - Əsədov Etibar Nazağa oğlu, Həsənov Toğrul Sübhəddin
oğlu, Əliyev Anar Allahverdi oğlu və Nəcəfov Anar Himayət oğlu
saxlanılmış, keçirilən baxış nəticəsində onlardan 4 kiloqrama yaxın
tiryək və 3 kiloqram 860 qram qurudulmuş marixuana aşkar edilərək
götürülmüşdür.
Növbəti əməliyyat-axtarış tədbiri nəticəsində İran İslam
Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına
narkotiklərin daşınmasında şübhəli bilinən Azərbaycan
Respublikasının vətəndaşı – Məlikov Vurğun Nazim oğlu saxlanılmış,
ondan 1 kiloqram 500 qramdan artıq tiryək aşkar edilərək
götürülmüşdür.
Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi
tərəfindən AR Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir
olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı),
234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma,
saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılmışdır.
Abbasov Qabil Bəhram oğlu, Ağayev Əlikram Məmməd oğlu, Əhmədov
Tahir Xasay oğlu, Nuriyev Umud Hidayət oğlu, Əsədov Etibar Nazağa
oğlu, Həsənov Toğrul Sübhəddin oğlu, Əliyev Anar Allahverdi oğlu,
Nəcəfov Anar Himayət oğlu və Məlikov Vurğun Nazim oğlu
təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin
qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işləri üzrə bütün halların araşdırılması, bu qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
Magazin121:36Nigar Camalın sözləri ilə bağlı rəsmi açıqlama
-
ABŞ21:24Tramp bu liderləri Ağ Evə dəvət etdi - 1983-cü ildən bəri...
-
Sosial20:48Azərbaycanda dörd nəfərə yüksək vəzifə verildi - ADLAR
-
Magazin219:48Məşhur azərbaycanlı müğənninin uşaqlıq görüntüsü yayıldı - VİDEO
-
Nida Xəbər 19:24445 min manatı mənimsəyən qadın Türkiyədən Azərbaycana gətirilir
-
Banklar 18:24Mərkəzi Bankla bağlı YENİ XƏBƏR - Dəyişiklik baş verdi
-
Region18:12Sahibə Qafarova və Alen Simonyan arasında qısa söhbət oldu
-
Cənubi Qafqaz16:42Ermənistanda kütləvi həbs: Rusiyaya bağlı siyasətçilər sıradan çıxarılır


































