Qırmızı.az
Erməni kəşfiyyatçının özüylə gətirdiyi minalar Ermənistanda istehsal olunub - FOTO
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni hərbi qulluqçu Arsen Baqdasaryanın cinayət işi üzrə növbəti məhkəmə baxışı keçirilib.
Publika.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkənlərin ifadələri dinlənilib və cinayət işinə əlavə olunan sənədlərlə tanışlıq olub.
Bildirilib ki, təqsirləndirilən A.Baqdasaryanla bağlı keçirilən məhkəmə-tibbi və psixoloji ekspertizanın nəticələri təqsirləndirilən şəxsin Azərbaycana keçdiyi vaxt səhhətində və psixoloji durumunda heç bir pozğunluğun olmadığını göstərib.
Sonra prosesdə cinayət işinə əlavə olunan sənədlərlə tanışlıq zamanı bildirilib ki, A.Baqdasaryanın özü ilə gətirdiyi minalar Ermənistanın Kirovakan rayonundakı zavodda istehsal olunub.
Bu gün eyni zamanda məhkəmə prosesinin yekunlaşdığı elan olunub. Çıxış üçün söz dövlət ittihamçısına verilsə də, prokuror məhkəmədən vaxt istəyib. İttihamçı tərəfin dinlənilməsi üçün növbəti məhkəmə prosesi mayın 4-nə təyin olunub.
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
-
Qarabağ 13:50
Polis Xankəndidə xüsusi əməliyyat keçirdi - Anbaan görüntülər
-
Qarabağ 13:05
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ