Qırmızı.az
Ramazan ayı ilə bağlı fətva verildi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası
Ramazan ayının başlanması ilə əlaqədar fətva
verib.
Publika.az-ın məlumatına görə,Qazılar Şurasının
bu gün keçirilən iclasında bildirilib ki, Ramazan ayının ilk günü
bu il Miladi təqvimlə iyunun 18-nə təsadüf edir. İyun ayının 17-si
orucluğun niyyət gecəsidir. Ayın görünməsindən asılı olaraq Ramazan
Bayramı Şəvval ayının birinə (miladi təqvimlə iyulun 18-nə) təsadüf
edəcək.
QMİ Ramazan orucunu tutanlara kömək məqsədilə Şamaxı Astrofizika
Rəsədxanası ilə birgə xüsusi cədvəl və yaddaş kitabça hazırlayıb.
Cədvələ riayət olunmasının təmin edilməsi qazılara, yerlərdəki
səlahiyyətli nümayəndələrə, axundlara, imamlara həvalə olunub.
QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının
18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, və 26-dan 27-nə keçən
gecələrə (iyul ayının 5-dən 6-a, iyul ayının 7-dən 8-nə, iyulun
9-dan 10-a, iyulun 13-dən 14-ə keçən gecə) təsadüf edir. Şəvval
ayının 1-i isə (18 iyul) Fitr bayramıdır.
Qeyd edək ki, Ramazan ayının gəlişi qonşu ölkələrdə zaman fərqilə
qeyd oluna bilər. Bu baxımdan Ramazan bayramı da fərqli gündə qeyd
edilə bilər. Qafqaz Müsəlmanlar İdarəsinin bəyanatına əsasən,
bundan sonra Azərbaycanda dini bayram günləri ilə bağlı fətvalar
yalnız Şamaxı Astrofizika Rəsədxanasının rəyi əsasında verilir.
Ötən il müqəddəs ay iyun ayının 29-da başlamışdı. Nazirlər Kabineti
bu il Ramazan bayramının 17, 18 iyulda qeyd ediləcəyini
açıqlamışdı.
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO












.jpg)























