Qırmızı.az
Kar uşaqları olan valideynlər üçün xoş xəbər
Azərbaycan Tibb Universiteti tarixində ilk dəfə “Koxlear implantasiya” əməliyyatı icra olunub.
Universitetdən Publika.az-a verilən məlumata görə, Tədris Cərrahiyyə Klinikasında “Daxili qulağın protezləşməsi” əməliyyatlarının icrasına başlanılıb. Bu əməliyyatın köməyilə anadangəlmə, tam eşitmə qabiliyyəti olmayan uşaqların eşitməsi bərpa olunur.
Dünən Tədris Cərrahiyyə Klinikasında 3 yaşlı Səadət və 4 yaşlı Ömərin üzərində aparılan əməliyyat uğurla nəticələnib. Bu gün isə artıq 2 yaş 2 aylıq İbrahim əməliyyata alınıb.
Əməliyyatlar Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Qulaq-burun-boğaz şöbəsinin müdiri, Uzman Həkim Yusif Hacıyevin rəhbərliyi və iştirakilə aparılır.
Yusif Hacıyevin sözlərinə görə, eşitməsində anadangəlmə problem olan, qətiyyən eşitməyən uşaqlarla bağlı hər kəs ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edə bilər. Lakin həkim belə problemi olan uşaqları mümkün qədər tez həkimə müraciət etməyi məsləhət görür: “Çünki belə əməliyyatların 4 yaşa qədər icrası məsləhətdir. Həmçinin, əvvəllər eşidib-danışan, lakin sonradan bu qabiliyyətini itirən xəstələrə də bu əməliyyatı tətbiq etmək mümkündür”.
-
Rəsmi xronika17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm
-
Region12:12Ermənistan-İran sərhədində körpünün tikintisinə nə vaxt başlanacaq? - Xəbər-ətər yoxdur
-
Nida Xəbər 10:27Bu ölkəyə də vizasız gedə biləcəyik
-
Dünya09:48Mayamidən İstanbula, oradan da İtaliyaya uçdu: Çantasından qurudulmuş baş çıxdı - FOTO
-
Kriminal09:42Gəlin milyonçu qayınatasını öldürtdü - ŞOK SİFARİŞ







.jpg)
.jpg)
























.png)





