Qırmızı.az
Giresunda “Əlibəy Hüseynzadə - Turan” kitabının təqdimatı keçirilib
Türkiyənin Giresun Universitetində millət vəkili, Siyasi Elmlər üzrə Fəlsəfə Doktoru Qənirə Paşayeva və yazar Azər Turanın Türkiyə türkcəsində çap edilən “Əlibəy Hüseynzadə - Turan” kitabının təqdimat və imzalanma mərasimi keçirilib. Mərasimdə Universitetin müəllim və tələbə kollektivi ilə bərabər Giresun valisi, bələdiyyə üzvləri, Giresun baş savcısı və əmniyyət müdiri, Giresunun ziyalıları və mətbuat və media nümayəndələri iştirak edib.
İmzalanma mərasimində iştirak edən Giresun Universitetinin rektoru, professor Aygün Attar "Əlibəy Hüseynzadə - Turan" kitabının önəmli olduğunu qeyd edib və gəncləri bu kitabı və Əlibəy Hüseynzadə irsini öyrənməyə çağırıb.
Giresun valisi Hasan Karahan Əlibəy Hüseynzadə kimi böyük şəxsiyyət haqqında geniş məlumata malik olmadığını, lakin "Əlibəy Hüseynzadə-Turan" kitabı sayəsində türk dünyasının böyük ziyalılarından biri ilə yaxından tanış olmaq imkanı əldə etdiyini bildirib və bunun üçün kitabın müəlliflərinə təşəkkür edib. Hasan Karahan bu təşəkkürün əlaməti olaraq Qənirə Paşayevaya plaket təqdim edib.
Qənirə Paşayeva türk dünyasının ziyalıları və görkəmli şəxsiyyətləri arasında Əli bəy Hüseynzadənin xüsusi yeri olan bir fikir adamı olduğunu qeyd etdi. Azərbaycanlı olduğuna baxmayaraq, Türkiyə və türk dünyası üçün böyük fədakarlıqlar edən Əli bəy Hüseynzadənin gənclər üçün əsl örnək olduğunu qeyd edərək, onu anmaqdan başqa anlamağı da tövsiyə edib.
Tədbirin sonunda millət vəkili Qənirə Paşayeva “Əlibəy Hüseynzadə - Turan” kitabını imzalayaraq tədbir iştirakçılarına təqdim edib.
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq