Qırmızı.az
“Lider”in günahı nədir və “turist”i hansı cəza gözləyir? - Ekspertlə
Xəbər verildiyi kimi, Lider Televiziyasının efirində
“ingilis turist”in müsahibəsi qalmaqala səbəb olub.
Belə ki, özünü turist kimi təqdim edən şəxsin Cəbrayıl
rayonundan məcburi köçkün olan Seymur Səfərov adlı gənc olduğu
məlum olub. Sözügedən müsahibə sosial şəbəkələrdə geniş müzakirə
mövzusuna çevrilib.
Lider Televiziyası da efirində gedən bu qalmaqallı məsələyə
münasibət bildirib və özünü xarici vətəndaş kimi təqdim edərək
müsahibə verən şəxsi təxribatçı adlandırıb.
Media eksperti Ələsgər Məmmədli isə bu məsələdə
hər iki tərəfi günahkar hesab edib.
Ələsəgər Məmmədli AzNews.az-a açıqlamasında bildirib ki,
əgər jurnalist peşəkar olsaydı, bu problem baş
verməzdi:
“O video-reportaja baxdıqdan sonra müəyyən etdim ki, həmin
şəxsin yaxasında şəxsiyyətini təsdiq edən kart var. Kartın ona
məxsusluğunu isə aydın görmək olmur. Jurnalist müsahibə almaq
istədiyi şəxsin kartına diqqət yetirməli, o kartda müsahibinin
doğru adını öyrənməli və ona öz adıyla müraciət etməli idi. Həmin
vaxt isə ondan şəxsiyyət vəsiqəsi soruşmağa ehtiyac yoxdur. Bu
baxımdan jurnalistin diqqətsizliyi göz qabağındadır. Onun həm də
obyektiv informasiya yazmaq öhdəliyi var. Vətəndaş onu aldatmağa
cəhd göstərsə belə jurnalist öz tamaşaçısına hörmət etmək
baxımından obyektiv informasiyaya əmin olduqdan sonra onu efirə
verməlidir”.
Ələsgər Məmmədli vurğulayıb ki, burada qarşı tərəfin də
günahı böyükdür: “O, özünü olduğu kimi təqdim etməyib.
Düzdür, onun bu addımı atan zaman hər hansı bir hüququ məsuliyyəti
yoxdur”.
Media eksperti hesab edir ki, bu olayla bağlı televiziya məhkəməyə müraciət etməlidir: “Çünki o, müsahibini başqa bir şəxs kimi təqdim edir. Bu məsələ əslində birmənalı deyil. Burada televiziyanın reputasiyası məsələsi də var. Jurnalist informasiyanı dəqiq verməli idi. Müsahibin başqa bir şəxsin adından danışmağı isə ayrıca bir günahdır.
İndiki halda onlar topu qarşı tərəfə atırsa, günah onlardadır.
Bunun davamı olaraq Televiziya öz reputasiyasını qorumaq üçün həmin
şəxsi məhkəməyə verməlidir. Əgər vermirsə, deməli, qarşılıqlı
razılaşma məsələsi ortaya çıxır. Bu məsələlərdə televiziyaların
hüququ məsuliyyətdən daha çox etik məsuliyyəti var. Çünki belə
yanlış informasiyalarla öz auditoriyasını itirir. Televiziyanı
ayaqda saxlayan onun tamaşaçısıdır, əgər o yoxdursa, deməli
televiziyanın özü də yoxdur. Ümumiyyətlə, televiziyalar öz
auditoriyasına hörmətlə yanaşmalıdır”.
Tanınmış vəkil Elçin Sadıqov da hesab edir ki, "Lider"
məhkəməyə müraciət etməlidir: “ Lider Televiziyası ona
vurulan zərərin ödənilməsi ilə bağlı o şəxsə qarşı iddia qaldıra və
təzminat ala bilər. Təzminatın məbləğini isə yalnız məhkəmə
müəyyənləşdirəcək”.
Vəkil hesab edir ki, əgər Lider Televiziyasının günahı sübut olunarsa, Milli Televiziya və Radio Şurası həmin qurumu cəzalandırmalıdır.
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq