Qırmızı.az
Orucu yataraq keçirmək olarmı?
Oruc- imsak vaxtından iftara qədər ibadət niyyəti ilə yemə, içmə və cinsi əlaqədən uzaq durmaqdır. Amma bütün bunlara əməl etmək heç də hər kəs üçün asan deyil. Buna görə də, bəziləri imsakdan iftara qədər günün əsas hissəsini yatmaqla keçirirlər. Bəs oruclu birinin yatması nə qədər doğrudur?
Publika.az oruc tutanları düşündürən bu məsələni ilahiyyatçılarla araşdırdı.
Bəzi fikirlərə görə, oruclu birinin yuxusu ibadətdir.
Lakin bu o demək deyil ki, oruclu biri günün əsas hissəsini yataraq keçirməlidir. Zərurət olmadığı halda gününü yataraq keçirmək orucun savabını azaldır.
Bəzən insanlar xüsusən isti günlərdə vaxtın əsas hissəsini yataraq keçirmək istəyirlər. Orucun mahiyyəti odur ki, insan iradəli olaraq Allaha ibadət etsin. Zəruri hal yoxdursa, günün əsas hissəsini yatmaq və yalnız 3-4 saat oyaq qalmaq olmaz.
İlahiyyatçılar oruclu insanlara yuxu normasını qorumağı tövsiyə edir. Çünki Ramazanda yuxu norması pozulur. Amma bunu əsas tutaraq işdən icazə alıb, evdə saatlarla yatmaq məsləhət deyil. Bu insan oruc tutmuş sayılır, amma savabı az olur.
Ona görə də, ilahiyyatçılar Ramazanın bərəkət ayı olduğunu, yatmaq əvəzinə bu günləri ibadətlə keçirməyi məsləhət görür.
14 saatlıq orucun 8-10 saatını yataraq keçirsək, fikri baxımdan oruc tuta bilərsiniz, amma əxlaqi və ruhi mənada istədiyiniz şeyi əldə edə bilməzsiniz.
Gülxar
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər