Qoroskop
Astroloji proqnoz - 12 oktyabr
Qoç - aktiv, enerjili olun. Baş verən
hadisələrin laqeyd müşahidəçisinə çevrilməyin. Zahiri görkəminiz,
imiciniz rəsmi və işgüzar olmalıdır. Aktual məsələnin həllində,
inzibati məqamların müzakirəsində mənafelərinizi başqalarının
istəklərinə qurban verməyin.
Günün ikinci yarısında önəmli toplantı, cari layihənin nəzərdən
keçirilməsi ola bilər.
Axşam saatlarında ailə üzvləri və yaxınlarınızla izafi sərt
olmayın. Səmimiyyət bağlı qapıları açır.
Buğa - səhər saatları genişmiqyaslı işə
başlamaq, yeni layihəyə start vermək üçün münasib zamandır.
Müqavilə, anlaşma və sözləşmələrdə yalnız sizə sərfəli olan
məqamların ön plana çəkilməsinə çalışın.
Yeni yerdə işləyirsinizsə, faydalı əlaqələr qurmağa meylli
olun.
Günün ikinci yarısında ikinci dərəcəli işlər diqqətinizi mühüm
məsələlərdən ayırmamalıdır. Aldığınız məlumatları mütləq şəkildə
yoxlayın.
Dövlət qurumlarından birinə baş çəkməli olacaqsınız.
Sevdiyiniz insanın qayğısına qalın.
Əkizlər - mümkün qədər ciddi, sayıq olun.
Başladığınız işlərə məsuliyyətlə yanaşın. Zahirən əhəmiyyətsiz
təsir bağışlayan detallar, kiçik təfərrüatlar önəm kəsb edəcək.
Günün ikinci yarısında xırdalıqların işinizə mənfi təsir etməsinə
imkan verməyin. Danışanda üstüörtülü kəlmələrdən, ibarələrdən
istifadə etməyin. Sözlərinizi yanlış qələmə verə bilərlər.
Axşam saatlarında əyləncəni təxirə salın.
Xərçəng - səhər saatlarından etibarən
diplomatik olun. Mübhəm məqamları aşkarlamağa tələsməyin. Yaxın
ətrafınızdakı insanlarla təmaslarda soyuqqanlı, təmkinli olun.
Günün ikinci yarısında tərəfdaş və şəriklərlə iş konstruktoivlik
tələb edir. Əhvalınız proseslərə ciddi təsir etməməlidir. Qarşı
tərəflə ümumi fikrə, ortaq məxrəcə gəlmək niyyətiniz varsa, danışa
sayğı göstərin.
Yaxınlarınız və qohumlarınızla danışanda iradlara kəskin cavab
verməyin.
Şir - sizinlə manipulyasiya etmək çox asandır.
Siz xoşunuz gələn şeylərə o qədər tez inanırsınız ki, bəziləri
bundan istifadə etməyə bilmirlər. Hərdən intuisiyanız sizə
ehtiyatlı olmağı məsləhət görsə də, siz buna qulaq asmağı lazım
bilmirsiniz. Kommersiya fəaliyyətində uğursuzluq ehtimalı çox
böyükdür. Sövdələşmələrdən çəkinmək tövsiyə olunur.
Ətrafdakılarla münasibətlərdə problemlər mümkündür. Siz
ifadələrinizdə çox sərt, bəzən nəzakətsiz, demək olar ki, həmişə
kobudsunuz. Bir qədər yumşaq olun. Bu, incikliklərdən və digər
problemlərdən yayınmaqda yardım edəcək.
Qız - mənfi tendensiyaların təsiri həyatın
bütün sahələrində hiss olunacaq. Fikrinizi diqqət tələb edən
işlərdə cəmləşdirmək çətindir. Bu üzdən nəsə vacib bir şeyi
diqqətdən yayındıra, səhvlərə yoll verə bilərsiniz. Qızlar ən yaxın
adamlarının ehtiyaclarına biganə qalmağa meyllidirlər və bu
səbəbdən münaqişəli vəziyyətlər yarana bilər.
Günün daha bir problemi ondan ibarətdir ki, yaxşı məsləhətlərə
qulaq asmaq istəmirsiniz. Uzaq səfərlərə getmək, xarici valyuta
almaq məsləhət deyil. Günün ikinci yarısında ciddi naxoşluq
gözlənilir.
Tərəzi - prioritet məqsədləri müəyyənləşdirin.
Cari xidməti məsələlər və kiçik məişət problemləri başağrıları
yarada bilər. Rutinlik, yeknəsəklik sizə çox pis təsir edəcək.
Xırda məsələlər əhvalınızı korlamamalıdır.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizdə diqqətli
olun. Xırdalıqlara laqeyd münasibət karyeranızla yanaşı,
yaxınlarınızla münasibətlərinizə mənfi təsir edə bilər. Önəmli
görüşdən əvvəl gərəkli auranı yaratmağa can atın. Axşam saatlarında
ünsiyyət məhsuldar olacaq. İrad və təkliflərin sayını
artırmayın.
Əqrəb - səhər saatlarından etibarən yaradıcılıq
və planlarla bağlı yeni perspektivlər yaranacaq. İşlər rəvandır,
təlaşlanmayın. Ətrafınızdakı situasiya saatlar keçdikcə
dəyişəcək.
Günün ikinci yarısında intuisiyanıza güvənin. Təhtəlşurunuz, daxili
səs sizi aldatmayacaq.
Sənədlərlə işdə, habelə tərəfdaşlarla təmaslarda müəyyən
çətinliklər olacaq.
Axşam saatlarında yaxınlarınız və əzizlərinizlə birlikdə istirahət
edin.
Oxatan - günün ilk yarısında həssas, sayıq
olun. Rəqiblərinizin sizə qarşı hazırladıqları məkrli planların
reallaşmasına əsla imkan verməyin. Sənədlərlə iş zamanı kobud
səhvlərin qarşısını almaq üçün fikrinizi dağıtmayın.
Tərəfdaşlar və yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə nəzakətli
insan təsiri bağışlayın.
Günün ikinci yarısında işdə rəhbərliklə mübahisə etməyin. Bəzi
qərarlar üçün önəmli zamandır. Ailə bödcəsinə ağır zərbə
vurmayın.
Axşam saatlarında aktiv istirahəti seçməyin.
Oğlaq - səhər saatlarından etibarən gərginlik
artacaq. Sözlərinizə və əməllərinizə fikir verin. Tələskənlik,
sadəcə, ziyanınızadır. Qərarlarınız bundan sonrakı fəalliyyətinizə
ciddi təsiri edəcək.
Günün ikinci yarısında müzakirələr və görüşlər işlərin mövcud
vəziyyətini dəyişə bilər. Tərəfdaşlar, şəriklər, habelə yaxın
ətrafınızdakı insanlarla təmaslarda maraqlarınızı ani hisslərə
qurban verməyin.
İradlar və tənqidlərə sərt reaksiya verməyin.
Dolça - yaxınlarınızla təmaslarda güzəştə
meylli olun. Aldığınız məlumatları tələsmədən, ehtiyatla
dəyərləndirin. Rəqəmləri, faktları, kimlərinsə arqumentlərini
diqqətlə təhlil edin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin
sözlərinə və ya mövqelərinə istinad edərək davranmayın. Problemləri
aradan qaldırmaq üçün ətrafınıza diqqətlə baxın. Axşam saatlarını
sakit şəraitdə, kənar qıcıqlandırıcı amillər olmadan keçirin.
Balıqlar - yaranmış situasiyanı obyektiv
dəyərləndirin. Durumla bağlı yanlış qərarlar verməmək üçün
yetərincə informasiyaya malik olmalısınız.
Peşəkar fəaliyyət sahəsində səslənən tələbləri qulaqardına
vurmayın. İşgüzar reqlamenti pozmayın.
Günün ikinci yarısında hüquqlarınızı və səlahiyyətlərinizi
dəqiqləşdirin. Belədə naqolay vəziyyətə düşməzsiniz. İşlərinizi
başqalarına həvalə etməyin. Əks təqdirdə sonuc sizi
təəssüfləndirəcək.
milli.az
-
Sosial12:12
Mübariz İbrahimovun atası vəfat etdi
-
İdman10:45
"Qarabağ"da toy var: Futbolçusu Qurban Qurbanovla qohum olur - FOTO
-
Hadisə10:05
Azərbaycanda zəlzələ oldu
-
İdman09:36
Messinin Antonellası yarımçıq qalan arzusundan danışdı: Görün kimlər üçün darıxır - FOTOLAR
-
Dünya09:18
İranda neft emalı zavodunda güclü yanğın: Ölən və yaralananlar var - VİDEO
-
Səhiyyə09:00
Həkimdən birləşməyən sınığın təhlükələri barədə XƏBƏRDARLQ
-
ABŞ08:12
İlon Mask plagiatda ittiham olundu
-
Avropa08:00
Görücü Vanqanın 2025-ci il üçün tükürpərdən PROQNOZLARI