Qoroskop
Günün ULDUZ FALI: Onunla fikir ayrılığı, ixtilaflar yarana bilər
Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - qətiyyətli və əzmkar olun. Uğur əldə edəcəksiniz. Situasiya sərfəlidir, bundan yararlanın. Əldə etdiyiniz informasiya minimum səviyyədə olsa belə, səhih taktika hazırlayın. Az sonra həyata keçirə biləcəyiniz planlar qurun. Sövdələşmə və anlaşmalar gəlir gətirəcək.
Günün ikinci yarısında dəyərli hədiyyə almağınız istisna deyil. Dəvət aldığınız tədbirlərə qatılın. Diqqət mərkəzində olacaq, təriflər eşidəcəksiniz.
Hər deyilən sözə inanmayın.
Buğa - səmimiyyət, qayğıkeşlik və ünsiyyətdə rahatlıq sizə yeni dostlar, müttəfiqlər tapmağa imkan verəcək. Lakin unutmayın ki, bu gün başlayacaq münasibət ciddi olmayacaq.
İnsanlar barədə tələsik, səthi fikir yürütməyin. Belə davranış sonrakı pərişanlığa səbəb ola bilər.
Günün ikinci yarısı tamamilə yeni işdə və ya istiqamətdə qüvvənizi sınaya bilərsiniz. Seçimi müstəqil edin. Kiminsə manipulyasiyasının qurbanı olub şirin vədlərə aldansanız, marionetkaya çevrilə bilərsiniz.
Əkizlər - bədxahlarınız və rəqiblərinizə sizi üstələmələrinə imkan verməyin. Onlar anlamalıdırlar ki, bu gün yolunuzu kəssələr, cəhdləri baha başa gələ bilər. Asanlıqla yeni müttəfiq tapa bilərsiniz. Formalaşan situasiyadan öz xeyrinizə istifadə edin.
İntriqa və manipulyasiyalara əl atmayın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə harmoniyaya can atın. Narahat olmayın, nigaran qalmayın.
Sevdiyiniz insanla söhbətdə həssas olun.
Axşam saatlarında gəzintiyə çıxın.
Xərçəng - işlərinizi kiminsə görəcəyini və ya təmənnasız yardım edəcəyini düşünməyin. Yarımçıq işləri tamamlayın. Günün ilk yarısı peşəkar fəaliyyət müstəvisində irəliləyiş üçün effektivdir.
Çətin problemləri həll etmək üçün aktiv olun.
Günün ikinci yarısı qarışıq, laübəli olacaq. Düşünülməmiş addımlar atmayın. Yaxın ətrafınızdakı adamlardan bir neçəsinə güvənə bilərsiniz. Qəfil, amma xoş vizitlər olacaq. İmprovizələr, yaradıcılıq eksperimentləri üçün yaxşı zamandır.
Axşam saatlarında emosiyalara qapılmayın.
Şir - günün ilk yarısı çox xoş olacaq. Sizi qəfil uğurlar, xoş sürprizlər gözləyir. Son vaxtlar sizi narahat edən problemləri sürətlə həll edə bilərsiniz. İşgüzar fəaliyyət baxımından o qədər də yaxşı deyil. Amma uzunmüddətli planlar qurmaq olar.
Yaranmış şansı dəyərləndirin.
Günün ikinci yarısında yeni layihəni reallaşdırmaq istiqamətində ilk addımlarınızı atın. Tələsin, əks təqdirdə gecikə bilərsiniz və rəqibləriniz sizi üstələyər.
Axşam saatlarına yaxın alış-verişdə çox pul xərcləməyin.
Normal istirahət etməyə çalışın.
Qız - özünüzə inamınız sonsuz olsun. Bunun üçün səbəblər var. Günün ilk yarısında qətiyyətli və cəsarətli olsanız önəmli uğurlara nail olacaqsınız. Çox güclü rəqiblə mübarizəyə başlamaqdan çəkinməyin.
İşdə rəhbərliklə fikir ayrılığı, ixtilaflar yarana bilər.
Günün ikinci yarısında yaşlı qohumlardan biri sizi anlamayacaq. Kimsənin xətrinə dəymədən haqlı olduğunuzu sübut edin.
Ev işlərini qulaqardına vurmayın. Həmin işlər maraqsız təsir bağışlasa da, ciddi münasibət tələb edir. Məişət texnikası sıradan çıxa bilər. Təmiri birmənalı şəkildə istisna etməyin.
Axşam saatları səfər və ya səyahət üçün yararlıdır. Amma yola təkbaşına çıxmayın.
Tərəzi - günün ilkin yarısında maliyyə işlərində uğurlar ola bilər. Anlaşma və sövdələşmələr uğur vəd edə bilər. Tərəfdaşlar, müttəfiq və şəriklərlə danışıqlar pis keçməyəcək. Nüfuzlu insanlarla söhbətlərdə diqqətli olun.
Yeni tanışlar sizi zahiri görkəminizə görə dəyərləndirəcəklər.
Günün ikinci yarısında ekstravaqant addımlar atmayın. Yaxın adamınız sizi qəfil xəbərlə sevindirəcək. Planlarınızda dəyişikliklər labüddür. Qıcıqlanmayın, aqressiv davranmayın.
Axşam saatları etiraflar üçün münasibdir.
Əqrəb - gün maraqlı tanışlıqlar vəd edir. Diqqətə layiq insanlarla təmaslarda maksimum dərəcədə sayıq, həssas olun. İşgüzar fəaliyyət və maliyyə məsələlərilə bağlı müzakirələri qeyri-formal şəraitdə keçirmək olar. Kommersiya fəaliyyəti gəlir gətirəcək.
Günün ikinci yarısında köhnə tanışlarla əlaqə saxlayın. Faydalı məlumat, maraqlı təklif və yaxşı xəbər ala bilərsiniz. Axşam saatlarında alış-verişə çıxa bilərsiniz. Aktiv, gümrah olun.
Oxatan - görüləsi işlərə qeyri-ciddi yanaşmayın. Məsuliyyətli olun. Çətin, mürəkkəb məsələlərin həllində diqqətli olun. Əvvəl yol verdiyiniz səhvləri təkrarlamayın. Bilik və ya bacarıqlarınızı nümayiş etdirin. Yaradıcılıq potensialınızı reallaşdırın.
Günün ikinci yarısında mənasız nigaranlığa qapılmayın. Heç bir səbəb olmadan narahat olmayın.
Ətrafınızdakı insanlarla münasibətlərinizin durumunu dəyərləndirin. İrəliləyişinizə mane olan, sizdə yalnız mənfi emosiyalar yaradan münasibətlərdən, əlaqələrdən qurtulun. Yaşlı qohumlarla məsləhətləşin. Onlar sizə yardım edəcəklər.
Oğlaq - əhatənizdəki insanlarla fikir ayrılıqları və ixtilaflar ciddiləşəcək. Bağlı olduğunuz adamla münasibətlərdə problemlər yaratmayın. Öz mövqeyinizdən savayı hamının fikirlərini yanlış hesab etsəniz, sürəkli neqativ reaksiya ilə qarşılaşacaqsınız.
Əvvəllər əldə olunmuş anlaşma və müqavilələrin pozulması mümkündür. Planlarınızı sürətlə dəyişməyə hazır olun.
Günün ikinci yarısında maliyyə məsələlərində ehtiyatlı olun. Dostlardan və tanışlarınızdan borc almayın. Banklara, kredit təşkilatlarına müraciət etməyin. Ailə büdcəsinə yenidən baxın. Xərclərinizi əhəmiyyətli dərəcədə azaldın.
Dolça - günün ilk yarısı o qədər də yaxşı olmayacaq. Buna rəğmən zamanın üstün cəhətləri də var. Çoxdan bəri görmədiyiniz insanlarla görüş üçün münasib zamandır. Uzun sürən ayrılıqdan sonra dil tapmaq çətin deyil. Maliyyə fonu yaxşıdır. Gəlirlər istisna deyil.
Günün ikinci yarısında dəyər verdiyiniz insan və ya münasibətlərlə bağlı xoş xəbər alacaqsınız. Yaxın gələcəklə bağlı yeni planlar qurmaq, yaşamınızda nəyisə dəyişmək ola bilər. Köç və ya iş yerini dəyişməklə bağlı düşünmək olar.
Yaşam potensialınızın səviyyəsi yüksəkdir.
Balıqlar - günün ilk yarısında çox ehtiyatlı olun. Uzun müddətlən dəri, səylə qurduğunuz konstruksiya dağıla bilər. Situasiya peşəkar fəaliyyət müstəvisi ilə yanaşı, şəxsi münasibətlərə də təsir edəcək.
Mühüm qərarları tələsmədən qəbul edin. Yaxın ətrafınızdakı insanlar sizi tələsdirsələr də, düşünülməmiş addımlar atmayın.
Günün ikinci yarısında aldığınız informasiyaları sakit, soyuqqanlı şəraitdə təhlil edin. Yeni məlumatlar və biliklər əldə olunması üçün əlverişli zamandır.
Hansısa işlər tərs alınarsa, ruhdan düşməyin. Nə qədər paradoksal olsa da, indiki uğursuzluqlar müəyyən müddət sonra böyük nailiyyətlərin təməlinə çevriləcək.
Əlaqələrlə təmaslarınıza nəzər salın. Yeni tanışlıqlara can atmayın. (Milli.Az)
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO