Bürclər sentyabr ayında nə vəd edir?
Bizi izləyin

Qoroskop

Bürclər sentyabr ayında nə vəd edir?

QOÇ

Adətən ilin bu dövrü sizin üçün darıxdırıcı keçir. Amma bu dəfə çoxlarından fərqli olaraq sentyabr sizin üçün maraqlı hadisələrlə zəngin olacaq. Həm istirahət, həm sağlamlıq, həm də məhəbbət baxımından qənaətbəxş günlər yaşayacaqsınız. Eyni zamanda böyük bir sınaqla da üzləşəcəksiniz ki, bu barədə əvvəlcədən konkret məlumat verə bilmərik. Ona görə də savab işlərinizin, dua və ibadətlərinizin sayını artırmalı, yalnız Allaha həmd etməlisiniz.

Fəaliyyət müstəvisində qeyri-adi bir şey gözlənilməsə də, heç bir geriləmə nəzərə çarpmayacaq. Əksinə, rəhbərliklə sıcaq münasibətlər qurmağı bacaracaq, vəzifələrinizin öhdəsindən layiqincə gələcəksiniz. Bu ay o qədər yeni simalarla rastlaşacaqsınız ki, sentyabrın necə keçib getdiyini bilməyəcəksiniz. Çoxsaylı qonaqlıqlarda, xeyir işlərdə iştirakınız da çoxalacaq. Bu ay falçı və cadugərə, ekstrasens və münəccimə müraciət etməyin. Qarşılıqlı müzakirələrdə təşəbbüskarlığı əlinizə alın.

BUĞA

Bütün enerjinizi fəaliyyət prinsipinə həsr etsəniz, uğurlu ərəfə zənn etmək olar. Ətrafınızda olan etibarlı insanlar sayəsində bir neçə keçilməz səddi aşa biləcəksiniz. Bunun üçün ötən aylarda dediyimiz kimi reallığa uyğun addım atmalısınız. Ulduzların düzümü insanlara qarşı davranışlarınızda dəyişikliklər etməyinizi təvəqqe edir. Hamıya yalançı kimi baxmaq olmaz axı. Bir qədər də ürəyinizin səsini dinləyin. 4-11 və 18-23 sentyabr aralığında ikitərəfli əməkdaşlıq, eyni zamanda perspektivli sövdələşmələr sizə xeyir gətirəcək. Görüş yerlərinə gecikməməli, ağlınız kəsməyən işlərə girişməməlisiniz. Axşamlar təmiz havada çox gəzinin. Sağlıq durumunuz imkan versə, ayın son həftəsində paralel olaraq bir neçə işin öhdəsindən gələ biləcəksiniz. Bununla yanaşı maraqlı səyahətlər, ailə-sevgi münasibətlərində xoş təəssürat könlünüzü daha da xoş edəcək.

ƏKİZLƏR

İxtiyarınızda olan bu ay bürcünüz üçün kifayət qədər məhsuldar keçəcək. Qarşıda duran vəzifələriniz o qədər artacaq ki, normal istirahət etməyə belə imkan tapmayacaqsınız. Amma necə deyərlər, təki həmişə iş olsun. Bütün gücünüzlə qarşınıza çıxan bütün şanslardan istifadə edin. Göy qübbəsi qarşılıqlı münasibətlərdə, ailə-sevgi məsələlərində, fəaliyyət və maliyyə sahəsində uğurlarınızın artacağını da bildirir.

Proqnozunuzu hazırlayarkən istifadə etdiyimiz bütün mənbələr 6-11 sentyabr aralığında daha çox səhhətinizə fikir verməyinizi göstərir. Bunu bacarsanız, heç bir narahatçılıqla rastlaşmayacaqsınız.

Ayın son beş gününü ailə-sevgi münasibətlərinə həsr etməyi məsləhət görən ulduzlar mənəvi rahatlığa qovuşacağınızdan xəbər verir. Əgər siz ürəyində məhəbbət gəzdirən subaysınızsa, qovuşmaq üçün tələsməlisiniz. Xüsusən də elçilik və nişan üçün səmərəli vaxtdır.

XƏRÇƏNG

Ulduzlar elə ilk həftədən maraqlı insanlarla görüşəcəyinizi bəyan edir. Bu, işgüzar əməkdaşlıq da ola bilər, dostluq-yoldaşlıq da. Hətta ürəyi sevgisiz olan "Xərçəng"lərin məhəbbət dəryasına düşmə ehtimalı da var. Bütün bunlara baxmayaraq ürəyinizdən Tanrı eşqini də çıxarmayın. Əgər uzaq yola çıxmaq fikriniz olarsa, yalnız ayın ilk ongünlüyündən yararlanmalısınız.

Avqustla müqayisədə bu ərəfədə şəxsi büdcəniz bir qədər artacaq. Bu isə bütün vacib planlarınızın yavaş-yavaş həyata keçirməyə başlamağa stimul verəcək. Amma ayın ortalarında maliyyə məsələləri ilə bağlı ehtiyatlı olun ki, uduzmayasınız. Ulduzlar ətrafdakı proseslərə neytral şəkildə yanaşmağı tövsiyə edir, bununla siz gözlənilən təhlükələri dəf edə bilərsiniz. Xüsusən də 19-24 sentyabr aralığında istənilən riskli sövdələşmələrdən, köhnə qisasçılıq prinsiplərindən əl çəkin.

ŞİR

Müəyyən qədər gərgin ərəfədir. Utopik düşüncələr sizi reallıqdan uzaqlaşdıra bilər. Özünüzü aldatmayın. İndi sizə yalnız öz potensialınıza arxalanmağınız lazımdır. Ailə-sevgi münasibətlərini arxa plana keçirməyin. Axı astrologiyada sizin bürcdən olanları əzmkar və sevgi üçün yaşayan adlandırırlar. Göy qübbəsi ayın 18-nə qədər maraqlı sürprizlərlə rastlaşacağınızdan xəbər verir. Daimi ünsiyyətdə olduğunuz bəzi şəxslərlə mübahisələriniz gözlənilsə də, iş prinsipində heç bir problemlə rastlaşmayacaqsınız. Yaxşı olar ki, yeni layihələrdə təşəbbüskarlığı öz üzərinizə götürməyəsiniz. Ayın sonuncu ongünlüyünü bir qədər əsəbi tərzdə yaşayacağınız gözlənilir. Bir tərəfdən uğursuz maliyyə cəhdləri, digər tərəfdən ətrafdakıların sizi başa düşməməsi ovqatınızı təlx edə bilər. Amma gərək heç olmasa, daxili inamınızdan yararlanasınız. Ailə-sevgi münasibətləri də ürəyinizcə olacaq.

QIZ

Gələcəyinizi, taleyinizi düşünürsünüzsə, konkret addımlar atın. İnsanlarla umu-küsüləri bir kənara atın. İndi konfliktlərdənsə, qarşılıqlı münasibətləri mülayimləşdirmək daha sərfəlidir. Onsuz da sidq-ürəklə "dost!" deyib çağırdığınız adamlar kifayət qədər azdır. Lakin bu, o demək deyil ki, bədbinləşə və ya dünyaya qarşı üsyankar mövqe seçəsiniz. Həyatdır - hər şey baş verir və sıxıntıları Tanrının sınağı, xoş məqamları isə Tanrının müjdəsi hesab edin. Əgər bu ilahi fəlsəfəni dərk etsəniz, inanın ki, həyatdan zövq alacaq, qarşıda duran məqsədlərinizə yetişəcəksiniz. Proqnozlara gəlincə, sentyabrın ilk həftəsində sizə heç bir zərər dəyməyəcək. Deməli, gözlədiyiniz xoş məqamların vaxtı yetişəcək. Xüsusən də sentyabrın ilk və üçüncü ongünlüyündə iştirakçısı olduğunuz bütün proseslər ürəyinizcə olacaq. Bu arada ürəyinizə yaxın olan şəxslərlə təması kəsməyin ki, ciddi müvəffəqiyyətə nail olasınız. 12-19 sentyabr aralığında isə bəzi xoşagəlməzliklərlə baş-başa qala bilərsiniz. Yaxşı olar ki, ulduzlara qulaq asıb pul məsələlərini, həmçinin köhnə münaqişələri qabartmayasınız.

TƏRƏZİ

Aktivliyinizi artırsanız, bu ayın ən varlı bürcünə çevrilə bilərsiniz. Bunun üçün Göy qübbəsi sizə şanslar da yaradacaq. Cılız düşüncələrdən azad olun. Ailə-sevgi münasibətlərində, eləcə də həmkar və qonşularla ünsiyyətdə səmimi olun. Sentyabrın 2-də və 9-da müqəddəs yerləri ziyarət edin ki, enerji toplayasınız. Bu ay nəhayət ki, sağlıq durumunuz da qaydasına düşəcək. Bu isə enerjili olmağınıza və qarşıda duran vəzifələrə daha asan yetişməyinizə zəmin yaradacaq. Perspektivli sövdələşmələr ovqatınıza müsbət təsir edəcək. Ənənəvi çılğınlığınızı bir kənara atın ki, ixtiyarınızda olan ərəfədən bəhrə götürə biləsiniz. İstər peşə fəaliyyətində, istərsə də qarşılıqlı münasibətlərdə isə hər şey ürəyinizcə olacaq. Şəxsi həyatınızda dönüş yaratmaq üçün qarşınıza çıxan şanslardan yararlanın. Ayın son həftəsində yuxu və qida rejiminə fikir verin.

ƏQRƏB

Neçə müddətdən bəri ləng inkişaf edən maliyyə işləriniz elə ilk həftədən başlayaraq qaydasına düşəcək. Bu istiqamətdə sizə kənardan da dəstək olacaq. Buna baxmayaraq təcrübəniz olmayan məsələlərə müdaxilə etməməlisiniz. Axı siz peşəkar "kəşfiyyatçısınız" və məlumatınız olmayan işlərə baş qoşmursunuz. Ulduzlar sentyabrın ilk yarısında çoxsaylı qonaqlıqlarda və məclislərdə iştirakınızdan xəbər verir. Çalışın ki, dəvətlərdən imtina etməyəsiniz. Çünki maddi cəhətdən də, vaxt baxımından da iştirakınızı əngəlləyəcək hallar gözlənilmir. Bir də yaxşı olar ki, dini tövsiyələrə riayət edəsiniz: böyüklərə hörmət, kiçiklərə qayğı, halal qazanmaq və yalan danışmamaq. Ailədaxili problemləriniz müəyyən qədər səngisə də, tam həll olunmayacaq. Odur ki, qarşı tərəfin obyektiv tənqidlərini həzm etməyə çalışın. Ayın sonlarında yüksək rütbəli insanlarla görüşləriniz gözlənilir ki, bu da növbəti ay üçün qarşınızda böyük perspektivlər açacaq.

OXATAN

Ötən ay rastlaşdığınız gərginlik sürətlə azalmağa başlayacaq. Necə deyərlər, çəkdiyiniz əziyyətlərin bəhrəsini görəcəksiniz. Həyatınıza daxil olan yeni insanlar şəxsi problemlərinizin həllində sizə yardımçı və mənəvi dayaq olacaqlar. Amma xarakterinizdə olan şübhə və təzadlı düşüncələri dəf ediin ki, onlar sizdən qaçmasınlar. Fəaliyyətlə bağlı vəziyyətiniz ayın 8-dən başlayaraq qənaətbəxş müstəviyə keçəcək. İş yerini dəyişməyi lazım bilməsək də, hazırkı fəaliyyət obyektində nəzərəçarpacaq uğurların olacağını əmin edirik. Şəxsi büdcənizdə də uğurlarınız mümkündür. Ələlxüsus da 13-16 və 28-30 sentyabr aralığında ciddi məbləğ əldə edəcəyiniz mümkündür. Ulduzlar sizə ümid və sevgi bəsləyənlərin inamından sui-istifadə etməməyi tövsiyə edir. Qərar çıxararkən qətiyyətli olun, reallıqdan kənara çıxmayın.

OĞLAQ

Əgər Tanrıya zidd hərəkətlərə yol verməsəniz, Göy qübbəsi əksər sahələrdə sizi dəstəkləyəcək. Ayın 9-na qədər özünüz də bunun şahidi olacaqsınız. Sonrakı günlərdə isə maddi durumunuzda irəliləyiş mümkündür. Kosmik ahəngə uyğunlaşmağı bacarsanız, qayğılarınız da azalacaq. Qlobal problemlərinizin həll olunması üçün canfəşanlığınızı artırmalısınız. Bu ay növündən və ya cəbhəsindən asılı olmayaraq istənilən siyasi qovğalara qoşulmaqdan çəkinin. Yalnız bu halda ümumi ovqatınız ötən üç ayla müqayisədə qənaətbəxş olacaq. Olsa-olsa, yalnız daxili orqanlarınızda yüngülvari narahatlığınız gözlənilir. Dost və yaxınlarınıza sadiq qalın, indiki həssas məqamda kimlərəsə yalan vədlər verməyin.

Sentyabrın sonuncu ongünlüyündə təxminən avqustun sonlarından başladığınız və bir qədər ləng gedən işləriniz tədricən qaydasına düşəcək.

DOLÇA

Ötən ayın sonlarında başladığınız işləri sentyabr ərəfəsində daha da sürətləndirməyiniz tələb olunur. Çünki göstərilən müddətdə iştirakçısı olduğunuz proseslərə daha real yanaşacaqsınız. Ulduzlar kənar məsləhətlərə aludə olmamağınızı məsləhət görür. Ən azı ona görə ki, qarşınıza çıxan hər bir situasiyada özünüz daha obyektiv qərar çıxara biləcəksiniz.

Sentyabrın 4-dən etibarən fəaliyyət zəminində perspektivli gedişlər edə bilərsiniz. Bunun üçün sizə hər mənada şərait yaradılacaq. Amma bələd olmadığınız adamlarla işbirliyi qurmaq fikrindən də daşınmalısınız. Bu baxımdan köhnə dostlarınızın köməyi daha səmərəli ola bilər. Ayın ikinci dekadası ailə-sevgi münasibətləri üçün bir qədər passiv ərəfə olsa da, təmkin göstərməyiniz vacibdir. Sevdiyiniz adamlara güzəştə getməyi bacarmalı, tərslikdən uzaq olmalısınız.

Sentyabrın 23-dən böyük uğurlarınız gözlənilir. Bu səbəbdən qarşınızda duran hər bir perspektivə ümidlə yanaşmalısınız. Ay ərzində ən çox səyahətə çıxan Zodiak işarəsi də məhz siz olacaqsınız.

BALIQLAR

Bu ay daxili süstlüyünüz tamamilə əriyəcək. Sədaqətli dostlarınız tərəfindən sevindiriləcəyiniz də gözlənilir. Ciddi məbləğ olmasa da, ayın 5-dən başlayaraq qazanc əldə edəcəksiniz. Sentyabrın ilk yarısına düşən istirahət günlərində səfərə çıxmaq rahatlığınızı daha da artıracaq. Qız bürcünün "hakim" olduğu dövrdə (1-23 sentyabr) qəlbiqara adamlardan uzaq olun. Çünki belə məqamlarda sizə saflaşmaq, günahlardan qurtulmaq lazımdır. Belə olduqda isə yalnız müqəddəs amallara xidmət etmək lazım gəlir.

Ümumiyyətlə, əgər səhhətinizin qayğısına qala bilsəniz, ay boyu ciddi narahatçılığınız olmayacaq. Sentyabrın üçüncü ongünlüyündə işgüzar əlaqələri genişləndirə biləcək, hətta iş üslubunda əsaslı dəyişikliklər də edəcəksiniz. Yaxşı olar ki, göstərdiyimiz müddətdə bütün gücünüzü fəaliyyət prinsipinə yönəldəsiniz. Ən azı ona görə ki, bu istiqamətdə ilin ən uğurlu zaman kəsiyindən keçəcəksiniz. /qadinlar.biz/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm