Qoroskop
Süd Yolunun ən uzaq ulduzu kəşf edildi
Astronomlar Yerdən bir milyon işıq ilindən çox məsafədə olan Süd Yolunda ən uzaq ulduzu kəşf ediblər.
Publika.az xəbər verir ki, bu barədə Kaliforniya Universitetinin “Phys.org”saytında dərc olunmuş məqalədə deyilir.
Ulduz, böyük yaşı, aşağı kütləsi və eyni parlaqlığı ilə xarakterizə olunan dəyişkən ulduz RR Lyrae növünə aiddir. Bu da onları standart şamlar - obyektlər kimi istifadə etməyə imkan verir, görünən parlaqlıqdan məsafəsi hesablana bilər. Ulduz, qalaktikanın diskini əhatə edən və tərkibində seyrəkləşmiş qaz, səpələnmiş köhnə ulduzlar və qaranlıq maddədən ibarət geniş sferik bölgə olan Süd Yolunun halosunda yerləşir.
Kəşf, Kanada-Fransa-Havay teleskopundan istifadə edilərək Yeni Nəsil Qız Bürcləri Klaster Tədqiqatının (NGVS) bir hissəsi olaraq həyata keçirilib. NGVS-nin əsas məqsədi RR Lyrae tipli ulduzu deyil, Qız Bürcünün qalaktikalarını öyrənməkdir, ona görə də, elm adamları astronomik sorğu nəticəsində əldə edilən məlumatları diqqətlə təhlil etməli olublar.
Onlar M87 elliptik qalaktikası da daxil olmaqla qalaktika şəkillərinin ön planında olan ulduzlarla maraqlanıblar.
Əvvəlki araşdırmalar göstərir ki, Süd Yolunun halosu qalaktika mərkəzindən təxminən 300 kiloparsek və ya bir milyon işıq ili qədər uzanır. Yeni müşahidələr zamanı kəşf edilən RR Lyrae tipli dəyişən ulduzlar 20 ilə 320 kiloparsek məsafədə yerləşir. Astronomlar onları xarakterik pulsasiyaları ilə müəyyən ediblər, lakin axtarış proseduru ona görə çətinləşir ki, kvazarlar kimi daha uzaq obyektlər RR Lyrae kimi ulduzlara “iddia edə” bilirlər.
Astronomiya professoru Raja Quha Thakurtanın sözlərinə görə, tədqiqatın nəticələri Süd Yolunun həqiqi xarici sərhədlərini müəyyənləşdirir. Ulduz, qalaktikamızla Andromeda qalaktikası arasındakı məsafənin, demək olar ki, yarısında yerləşdiyinə görə, ümumiyyətlə, onların arasında boş yer olması ehtimalı azdır.
Ayşən
-
Qoroskop00:15Günün ulduz falı - Estetik zövq axtarışında olacaqsınız
-
Nəqliyyat00:00Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq - Video
-
İdman28 Noyabr 22:48Valdas Dambrauskas: “Qız Qalasının yanında stadion tikməliyik?”
-
Region28 Noyabr 22:00Gözəlliyi ilə gündəm olan Gülümün həyat hekayəsi üzə çıxdı - FOTO
-
Sosial28 Noyabr 21:36Bakıda stilist doğuşdan sonra vəfat etdi - VİDEO
-
Magazin228 Noyabr 20:24Fədayə Laçın Azərbaycana qayıdır
-
Pul28 Noyabr 19:36İlon Maskın sərvəti kəskin artdı
-
Sosial28 Noyabr 19:00Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü - Anası 3 nəfərdən şikayətçidir






.jpg)




.jpg)













.jpg)








