2024-cü ilin ulduz falı: Bu bürclər karyerasında BÖYÜK UĞURLAR QAZANACAQ
Bizi izləyin

Qoroskop

2024-cü ilin ulduz falı: Bu bürclər karyerasında BÖYÜK UĞURLAR QAZANACAQ

Yeni ilin əvvəlində çoxları yola saldığı ilin hesabatını aparır: hansı nəticələr əldə etdi, nəyi düzəltmək lazımdır, nə üzərində işləmək, hansı güclü tərəfləri inkişaf etdirmək lazımdır və.s. Ulduzlar isə növbəti ildə bürcləri ehtiyatlı davranmağa və bəzi aylarda kəskin addımlar atmamağı tövsiyə edir. Astroloqların sözlərinə görə, 2024-cü ildə heç bir Zodiak işarəsini karyerasında çöküş gözləmir. Bəs gələn il hansı bürcü karyerada böyük uğurlara imza atacaq?

Publika.az oxucuları 2024-cü ilin astroloji proqnozu ilə tanış edir.

Qoç (21 mart - 19 aprel)

Bütün 2024-cü il Qoç bürclərinin nümayəndələri üçün karyera baxımdan uğurlu olacaq. Mart-aprel aylarında xüsusilə çox çalışacaqsınız. Siz müdirlərinizin səylərinizi görmədiyini hiss edə bilərsiniz, amma yayın ortasında işiniz öz bəhrəsini verəcək, sizi vəzifədə yüksəliş və ya maaş artımı gözləyir. Ən mübahisəli ay avqustdur. Karyeranızda süqutunuzu istəyən rəqib həmkarlarınızla aranızda anlaşılmazlıqlar yaşana bilər. Odur ki, dedi-qodulara və münaqişələrə fikir verməyin. Kimin nə deməsindən asılı olmayaraq, sadəcə öz işinizi görün. Bəli, çətin olacaq, amma ulduzlar deyirlər ki, mübahisələr sizi rəhbərliyin qarşısında pis vəziyyətdə qoya bilər. Xoşbəxtlikdən, bu dövr tez başa çatacaq və noyabrdan dekabra qədər karyeranız yenidən yüksələcək. Yeri gəlmişkən, bu aylar yeni bir işə başlamaq üçün uğurludur. Sadəcə işdən çıxmağa tələsməyin.

Əkizlər (21 may - 20 iyun)

Tez və asanlıqla əldə edilən qazanclardan ehtiyat edin. Bu, 2024-cü ildə sizin əsas şüarımız olmalıdır. Bəli, bu seçim cəlbedicidir, lakin gələcəkdə uğursuzluqla qarşılaşma ehtimalınız yüksəkdir: işdən qovulma, zədələnmiş nüfuz və ya maddi ziyan. Beləliklə, diqqətinizi daha az gəlirli, lakin perspektivli işlərə yönəldin. Bu halda, 2024-cü ilin əvvəli məhsuldar olacaq, hətta çətin işlərin öhdəsindən asanlıqla gələcəksiniz və həmkarlarınız işinizə görə sizə hörmət etməyə və məsləhət almağa başlayacaqlar. Ancaq ilin ikinci yarısında tükənə bilərsiniz. Bu müddət ərzində öz yerinizi qorumaq istəyirsinizsə, ilin əvvəlində menecerinizlə münasibətləri yaxşılaşdırın. Martın 7-dən 31-dək və sentyabrın 18-dən oktyabrın 13-dək iş yerini dəyişdirmək üçün əlverişlidir.

Xərçəng (21 iyun - 22 iyul)

2024-cü ilin əvvəlində bürcünüzdəki planetlər öz mövqelərini dəyişəcək. Onuncu evi Saturn və Yupiter, altıncı evi isə Günəş və Mars tutacaq. Bunun sayəsində super güclər əldə edəcəksiniz: istənilən iş asan görünəcək və beyniniz yaradıcı ideyalarla dolub-daşacaq. Yeri gəlmişkən, həmkarlarla da hər şey yaxşı olacaq. Planetlər ünsiyyətinizin çox axıcı və mehriban olmasını təmin edəcək. 2024-cü ilin ikinci yarısı sizin üçün xüsusilə düşərli olacaq. Vəzifə və ya maaşda irəliləyiş mümkündür. Odur ki, ilin sonuna qədər maddi baxımdan korluq çəkməyəcəksiniz. Bəziləri uğurunuza həsəd aparmağa başlayacaq, amma fikir verməyin. Eyni şəkildə işləməyə davam etsəniz, başqalarının paxıllıq hissi sizə zərər verməyəcək.

Şir (23 iyul - 22 avqust)

2024-cü ilin əvvəli sizin üçün düşərli olacaq. Əgər iş axtarırsınızsa, ən yaxşı təklifi alacaqsınız, köçmək istəyirsinizsə, o zaman müdirin özü sizə başqa şəhərdə və ya ölkədə iş təklif edəcək. Ümumiyyətlə heç bir dəyişiklik planlaşdırmayanlar üçün də əlverişli dövrdür. İşlərin ardıcıllığı yaxşı gedəcək və heç bir ciddi çətinliklə üzləşməyəcəksiniz. Yalnız iyuldan avqusta qədər təlatümlü dövrdür. Sözün əsl mənasında iş və ezamiyyətlər içində boğulacaqsınız, ancaq buna dözmək lazımdır. Hər hansı bir işə razılaşsanız, daha sonra bonuslar alacaqsınız, əks halda fürsətləri əldən verdiyiniz üçün peşman ola bilərsiniz. İyunun 1-dən iyulun 12-dək iş yerinin dəyişdirilməsi baxımdan ən yaxşı dövrdür. Xəyallarını qurduğunuz bəzi təkliflər alacaqsınız və düzgün qərar vermək üçün işəgötürənləri diqqətlə araşdırın. İşçilərin vicdanlı rəylərini oxuyun, potensial menecerinizi və həmkarlarınızı diqqətlə qiymətləndirin, onlarla işləyə bilərsiniz, ya yox?!

Qız bürcü (23 avqust - 22 sentyabr)

2023-cü ilin sonunda ən adi işlərinizin öhdəsindən gəlmək üçün çox çalışmalı oldunuz. Ancaq 2024-cü ilin əvvəlində nəticələrinizin getdikcə yaxşılaşdığını və rəhbərliyin uğurlarınızdan razı qaldığını görəcəksiniz. Karyeranızda böyük uğurlar iyul-avqust aylarına təsadüf edir, işdə yüksələcəksiniz və ya daha prestijli filiala köçürüləcəksiniz. Ən əsası, ambisiyalarınızı bölüşməyin və uğurunuzla öyünməyin. Həmkarlarınızla da diqqətli olun, həddən artıq özündənrazılıq onların xoşuna gəlməyəcək və siz vəzifənizi itirə bilərsiniz. Təslim olmayın və çox çalışmağa davam edin. Bu sizin xeyriniz üçün ən yaxşı arqument olacaq.

Tərəzi (23 sentyabr - 21 oktyabr)

Gələn il bir işə başlamaq və ya iş yeri dəyişdirmək üçün ən yaxşı vaxtdır. Çətinliklə qarşılaşsanız belə, təbii optimizm və şans onları həll etməyə kömək edəcək. Ancaq qeyri-sabit dövrlər də var: məsələn, martdan aprelə qədər. Tapşırıqlarınız artacaq, cədvəliniz qeyri-sabit olacaq. Buna görə işinizi dəyişdirmək fikrinə düşə bilərsiniz. Qalıb-qalmamaq sizin seçiminizdir. İşdən çıxmaq qərarına gəlsəniz belə, tez bir zamanda yeni bir iş tapa bilərsiniz. Çətin dövr maksimum bir-iki davam edəcək. Karyera və yeni layihələr üçün ən yaxşı vaxt avqustdan ilin sonuna qədərdir. Bu zaman sizə gəlirli iş təklifi gələcək, iş adamları da biznesi yaxşı gedəcək.

Əqrəb (22 oktyabr - 21 noyabr)

İlin əvvəlində işinizi dəyişmək istəyəcəksiniz - bu, əvvəlki kimi asan olmayacaq və bunu perspektivsiz hesab edəcəksiniz. Əgər layiqli təklif alırsınızsa, onu qəbul etmək məntiqlidir. Yeni yerinizdə iş asanlaşacaq və apreldə vəzifəniz yüksələ bilər. Düzdür, həmkarlarla konfliktlər də mümkündür, lakin onlarla müharibəyə getməməlisiniz. Rəqiblərini məğlub etməyi xoşlasanız belə... Səbir sizin əsas “kozurunuzdır” və ondan istifadə edə bilsəniz, bütün problemlər öz-özünə yox olacaq.

Oxatan (22 noyabr - 21 dekabr)

İlin əvvəlində "tükənmişlik sindromu" ilə qarşılaşa bilərsiniz: “Mənim burda nə işim var?” Düşünürsünüz ki, ya sizi təsadüfən işə götürüblər və bu işə layiq olmadığını anlayacaqlar. Bunun səbəbi işin çox olmasıdır, siz tapşırıqların öhdəsindən vaxtında gələ bilməyəcək və ya müdirinizin istədiyi kimi yerinə yetirə bilməyəcəksiniz. Aprel-avqust aylarında yükünüz daha da artacaq və nəyin bahasına olursa-olsun işdən çıxmaq istəyəcəksiniz. Bu qərar uğurlar gətirə bilər, amma vakansiya axtarmadan və iş tapmadan heç yerə getməyin.

Sentyabr, noyabr və dekabr ayları karyeranız üçün ən yaxşı aylardır. Sizi yüksəliş və ya maaş artımı gözləyir, həm də həmkarlarınızla dostlaşacaqsınız. Əsas odur ki, planlarınızı heç kimlə paylaşmayın. Bu, təkəbbürlü görünə və imicinizi korlaya bilər.

Oğlaq (22 dekabr - 19 yanvar)

2024-cü ilin əvvəlində bütün potensialınız üzə çıxacaq, rəhbərlik sizə arxalana biləcəyini başa düşəcək və sizinlə dostluq etmək istəyəcək. Bütün zəhmətiniz və həvəsiniz sayəsində istənilən tapşırığın öhdəsindən asanlıqla gəlir və onu vaxtından əvvəl yerinə yetirirsiniz. Əgər ən uğurlu aydan danışırıqsa, bu, noyabrdır. Arzuladığınız işi, karyera yüksəlişi və ya maaş artımını əldə edəcəksiniz. Aprel və avqust ayları da düşərlidir. Bu dövr köçmək, fəaliyyətləri dəyişmək və biznesə başlamaq üçün münasibdir.

Dolça (20 Yanvar - 18 Fevral)

İlin əvvəlində, xüsusən də fevraldan mart ayına qədər heç olmasa bir nəticə əldə etmək üçün başınızı qaldırmadan işləməli olacaqsınız. Ancaq çox tezliklə səylər öz bəhrəsini verəcək - iyuldan avqusta arzuladığınız mövqeyə təyin olunacaq və ya daha yaxşı maaş alacaqsınız. Əgər planlaşdırırsınızsa, avqustdan oktyabr ayına qədər olan dövr iş yerini dəyişdirmək üçün əlverişlidir. Eyni zamanda, fəaliyyətinizi kökündən dəyişsəniz belə, sizi uğur gözləyir. Karyera üçün ən əlverişli ay dekabrdır: işdəki stress sona çatacaq və iş qrafikiniz sabitləşəcək.

Balıqlar (19 fevral - 20 mart)

2023-cü il ərzində siz çox çalışmağınıza baxmayaraq, nəticələr ürəkaçan olmadı. Sadəcə bir az daha gözləmək lazımdır, 2024-cü ilin əvvəlində işinizə görə bonuslar alacaqsınız. Yanvardan mart ayına qədər olan dövr xüsusilə uğurludur - yüksək maaş və ya daha prestijli mövqe sizi gözləyir. Mart və aprel aylarında, həmçinin avqust-sentyabr aylarında xaricdə işləmək üçün sərfəli təklif ala bilərsiniz. Sadəcə həmkarlarınızla ehtiyatlı davranmağa və mübahisələrdən qaçmağa çalışın. Zərərsiz sözləriniz səhv başa düşülə bilər, ona görə dediklərinizə nəzarət edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm