Qoroskop
Astroloji proqnoz - 25 noyabr
QOÇ - Əgər sağlıq durumunuz imkan verirsə, fəallığı artırmağa dəyər. Təcrübəli insanların məsləhətlərindən yararlanın. İdeyalar verməyi daha çox öz üzərinizə götürün.
BUĞA - Günün ilk yarısını oturaq şəraitdə keçirməyiniz məsləhətdir. Onsuz da qeyri-adi hansısa uğurunuz gözlənilmir. Saat 14-dən sonra isə hər şey ürəyinizcə olacaq, özünüzə güvənin.
ƏKİZLƏR - İkitərəfli əməkdaşlığa, yeni layihələrin müzakirəyə çıxarılmasına çalışmaq üçün çox düşərlidir. Heç kimə şübhə ilə yanaşmayın. Aktiv olun və inanın ki, aldadılmayacaqsınız.
XƏRÇƏNG - İlk öncə qarşılıqlı münasibətlərdə mövcud olan gərginliyi aradan qaldırmağa çalışın. İstər ailə-sevgi, istərsə də həmkarlarla davranışları mülayimləşdirin. Uzaq yola çıxmayın.
ŞİR - Başınızı iş-güclə o qədər qatmısınız ki, insanlarla davranışlarınız, həmçinin ailə-sevgi münasibətləriniz arxa plana keçməyə başlayıb. Daha mənalı yaşamaq üçün bu qüsurları dəf edin.
QIZ - Əsas gücünüzü fəaliyyətə yönəldin. Perspektivli pul sövdələşmələrini qətiyyən təxirə salmayın. Nahardan sonra isə istənilən işgüzar sövdələşmədə ehtiyatlı olmağa çalışın.
TƏRƏZİ - Yaxşı olar ki, bu təqvimdə yalnız adi işlərlə məşğul olasınız. Çünki istənilən risk və yeniliyə cəhd uğursuzluqla nəticələnə bilər. Günorta saatlarında müəyyən qədər gəlir gözlənilir.
ƏQRƏB - Çoxdan bəri nəzərdə tutduğunuz ideyaları nəhayət ki, həyata keçirməyi bacaracaqsınız. Amma bu istiqamətdə təkbaşına hansısa addımı atmayın. Qəlbinizə yaxın adamlarla bir araya gəlin.
OXATAN - Orqanizminizdə baş qaldıran nasazlıq bəzi planlarınızın icrasına əngəl yarada bilər. Amma reallığı nəzərə alsanız, saat 15-18 aralığında uğurlara yetişə bilərsiniz.
OĞLAQ - Günün ilk yarısında mənəvi səhvlər törətməkdən çəkinsəniz, qalan müddətdə hər hansı problemlə üzləşməyəcəksiniz. Saat 15-17 aralığı çox uğurlu hadisələr gözlənilir.
SUTÖKƏN - Humanist bürc olsanız da, Göy qübbəsi bu gün hisslərinizi idarə etməkdə zəif olacağınızı bəyan edir. Bu yerdə mütləq təmkin göstərməli, bədxahlara əhəmiyyət verməməlisiniz.
BALIQLAR - Havalar münasib olduğundan astroloji göstəricilər nəzərdə tutduğunuz təqdirdə uzaq yola çıxmağı tövsiyə edir. Amma gərək sağlıq durumunuzu da nəzarətdə saxlayasınız. Təmiz havada çox olun.
-
Sosial09:30
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...