Qoroskop
Ən bədbəxt 4 bürc - Ulduzlar onları daim sınayır
May ayının sonuna doğru ulduzların düzülüşü bəzi bürclər üçün kədərli enerjilər aça bilər. Astroloqların fikrincə, bəzi bürc nümayəndələri doğuşdan gətirdikləri həssaslıq, pessimizm və emosional yüklə həyat boyu daxili narahatlıqlardan əziyyət çəkə bilər. Bu da onları "ən bədbəxt bürclər" siyahısına daxil edir.
Publika.az sizə həyatları boyunca bədbəxtlikləri ilə diqqət çəkən dörd bürcü təqdim edir:
Xərçəng
Su ünsürünə mənsub olan bu duyğulu bürc nümayəndələri xarici aləmə qarşı sərt görünməyə çalışsalar da, daxildə dərin bir kədər daşıya bilirlər. Keçmişin təsirindən qurtula bilməmək, itki qorxusu və sevdiklərinə qarşı həddindən artıq bağlılıq onların əsas bədbəxtlik səbəblərindəndir.
Qız
Mükəmməllik axtarışı və daimi özünütənqid Qız bürcünü bədbəxtliyə aparan əsas faktorlardandır. Yer ünsürlü bu bürc nümayəndələri həm özlərinə, həm də başqalarına qarşı çox tələbkardır. Detallara həddindən artıq diqqət və emosiyaları idarə etməkdə çətinlik, onların həyatını yorucu edə bilər.
Oğlaq
Sakit, məsuliyyətli və planlı görünsələr də, Oğlaqlar daxilən pessimist və narahat ola bilərlər. Uğur üçün daim çalışmaları, hisslərini ifadə etməkdə çətinlik və gələcək qorxusu onların daxili dünyasında narahatlıq yaradır və bu da zamanla bədbəxtliyə çevrilə bilər.
Balıqlar
Su ünsürlü bu xəyalpərəst bürc nümayəndələri dünyanın iztirablarına qarşı son dərəcə həssasdır. Başqalarının dərdinə şərik olmaq və reallıqdan qaçmaq istəyi, Balıqların emosional yüklənməsinə və narazılıq hissinə səbəb ola bilər. Onlar bəzən öz dünyalarında itir və bu da onları dərin bir daxili bədbəxtliyə sürükləyə bilər.
(Milli.az)
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın
-
Region09:00“Survivor”da faciə: Çəkilişlər dayandırıldı - Video
-
Cənubi Qafqaz08:36Paşinyanı “xain” adlandıran bloger saxlanıldı
-
ABŞ08:24Bəy toy günü sağdışını öldürdü
-
Sosial07:17Bu gün 31 dərəcə isti gözlənilir
-
Magazin206:16"Avroviziya 2026"da finala çıxan ölkələr - Siyahı
-
ABŞ04:14UNO videosunda keruv mələyi göründü - FOTO






.jpg)



















.jpg)









