Qoroskop
Ən şübhəçi 4 bürc: Sakitlik onların lüğətində yoxdur
Astrologiyada bəzi bürclər hər şeyə daha ehtiyatlı və şübhə ilə yanaşırlar. Bu vəziyyət onların bəzən sakit qalmaqda çətinlik çəkməsinə və ətrafdakı hadisələrə həddindən artıq şübhəli münasibət göstərməsinə səbəb ola bilər.
Publika.az həmin bürcləri təqdim edir:
Xərçəng
Su elementinin həssas nümayəndəsi olan Xərçəng emosional dərinliyi ilə tanınır. Ancaq bu sıx emosionallıq bəzən onları etibarsız və şübhəli edə bilər. Ən kiçik dəyişiklik və ya qeyri-müəyyənlik belə onlarda böyük narahatlıq yaradır. Onlar buna görə səbrli və sakit qalmaqda çətinlik çəkirlər.
Qız
Qız bürcü hər şeyi ətraflı təhlil etməyə meyllidir. Bu analitik ağıl onları daim hadisələrin mümkün ən pis ssenariləri haqqında düşünməyə və hər şeydə qüsur və ya risk axtarmağa vadar edə bilər. Onların idarəedici təbiəti və mükəmməlliyi ətrafdakı insanlara və hadisələrə tənqidi və şübhə ilə yanaşmalarına səbəb ola bilər.
Əqrəb
Su elementinin sirli nümayəndəsi Əqrəblər intuitiv gücləri və dərin qavrayışları ilə tanınır. Lakin onların kəskin qavrayışı ətrafdakıların əsl niyyətlərini şübhə altına almağa və hər şeyin arxasında məna axtarmağa səbəb ola bilər. Asanlıqla güvənmirlər və inamını itirdikdən sonra şübhələri qalıcı ola bilər. Onların nəzarətçi və sahiblənmək xarakteri münasibətlərində qısqanclığa və etibarsızlığa səbəb olur.
Dolça
Hava elementinin azad ruhlu və yenilikçi nümayəndəsi olan Dolçalar ənənəvi düşüncə tərzindən kənara çıxır və hər şeyi sorğulamağı xoşlayır. Bu tənqidi onları bəzən ətrafdakı şəxslərə şübhə ilə yanaşmağa gətirib çıxara bilər. Müstəqilliyi sevmələri və emosional əlaqələrdən qaçmağa meylləri onların münasibətlərində uzaq və şübhəli bir mövqe tutmasına səbəb ola bilər.
Roza
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın
-
Region09:00“Survivor”da faciə: Çəkilişlər dayandırıldı - Video
-
Cənubi Qafqaz08:36Paşinyanı “xain” adlandıran bloger saxlanıldı
-
ABŞ08:24Bəy toy günü sağdışını öldürdü
-
Sosial07:17Bu gün 31 dərəcə isti gözlənilir
-
Magazin206:16"Avroviziya 2026"da finala çıxan ölkələr - Siyahı
-
ABŞ04:14UNO videosunda keruv mələyi göründü - FOTO






.jpg)





























