Qoroskop
Ən təmizkar 4 bürc: Onlar üçün hər şey mükəmməl olmalıdır
Astrologiyaya görə, bəzi bürclər təmizlik mövzusunda həddindən çox diqqətcildirlər. Bu xüsusiyyət onları daim nöqsan arayışına təşviq edə bilər.
Publika.az ən təmizkar 4 bürcü təqdim edir:
Qız
Astrologiyada ən vasvası bürc kimi tanınan Qızlar detallara diqqəti və mükəmməlliyyətçi təbiəti ilə tanınır. Onlar üçün hər şeyin mükəmməl olması vacibdir və bu, evin təmizliyində də özünü göstərir. Qızlar toz zərrəsinə belə dözə bilmirlər. Onlar gündəlik təmizliyi unutmurlar və hər küncün diqqətlə təmizlənməsindən əmin olmalıdırlar.
Xərçəng
Xərçəng üçün ev ən təhlükəsiz və dinc məkandır. Bu səbəbdən evlərinin təmiz və səliqəli olması onlar üçün böyük psixoloji əhəmiyyət kəsb edir. Güclü emosional bağlara malik olan Xərçənglər ev işlərinə vəzifə kimi deyil, yaxınlarına qayğı göstərmək kimi baxırlar.
Oğlaq
Oğlaqlar həyatın hər sahəsində olduğu kimi ev işlərində də intizamlıdırlar. Evin təmiz və baxımlı olması onların işinə ciddiyyət və məsuliyyəti əks etdirir. Oğlaqlar praktik həllər tapmağın ustasıdırlar və təmizlik işlərini səmərəli etməyi bacarırlar.
Buğa
Venera tərəfindən idarə olunan Buğalar rahat və estetik məkanları sevirlər. Evlərinin təkcə təmiz deyil, həm də göz oxşayan olmasını istəyirlər. Onlar evlərində dinc atmosfer yaratmağa çalışırlar. Dağınıqlıq onların psixologiyasını pozur. Bu səbəbdən mütəmadi olaraq təmizlik işləri aparır və əşyalarının həmişə öz yerində olmasına diqqət yetirirlər.
Roza
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək







.jpg)























