Qoroskop
Hər zaman istədiyinə nail olan 3 bürc - Çox ağıllıdırlar
Bəzi bürclər həyatda məqsədlərinə çatmaqda, maneələri aşmaqda və istədiklərini reallığa çevirməkdə zəkaları və qətiyyətləri ilə seçilir. Onlar təkcə şanslı deyil, həm də strateji düşünmə bacarıqları ilə uğuru özlərinə çəkirlər.
Publika.az həyatda istədiklərinə nail olmaq qabiliyyəti ilə diqqət çəkən 3 bürcü təqdim edir:
Oğlaq
İntizamlı və iddialı Oğlaqlar müvəffəqiyyətə gedən yolda ən qətiyyətli bürclərdəndir. Onlar üçün məqsədlər sadəcə xəyal deyil. Mükəmməlliyyətçi təbiətləri, çətinliklər qarşısında səbirli olmaları və uzunmüddətli düşünmə qabiliyyəti sayəsində istədikləri mövqeyə çatmaq üçün səbirlə çalışırlar. Onlar üçün uğur təkcə nəticə deyil, həm də zəhmət və nizam-intizamın məhsuludur.
Əqrəb
Ehtiraslı, intuitiv və qətiyyətli Əqrəblər istədiklərinə nail olmaq üçün sərhəd tanımayan bir enerjiyə sahibdirlər. Əqrəblər məqsədlərinə çatmaq üçün lazım gəldikdə risk etməkdən çəkinmir və çətin vəziyyətlərdə belə təslim olmadan irəliləyirlər. Əqrəb nəyisə ağlına qoyursa, buna nail olmaq üçün hər cür cəhd edəcək.
Dolça
Yenilikçi, uzaqgörən və intellektual Dolçalar öz zəkalarından və fərqli düşünmə bacarıqlarından istifadə edərək uğur qazanırlar. Onlar normadan kənara çıxmaqla, qeyri-adi həllər istehsal etməklə və gələcəyə doğru addımlar atmaqla istədiklərinə nail olurlar. Dolçalar öz zəkalarından istifadə edərək təkcə öz həyatlarını deyil, həm də ətrafdakı dünyanın gedişatını dəyişə bilərlər.
Roza
-
İdman19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin119:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl











.jpg)


.jpg)






.jpg)

















