Qoroskop
Bürclərə 4 günlük ŞOK XƏBƏRDARLIQ
Məşhur astroloq Dinçer Güner bürclər üçün 4 günlük xəbərdarlıq proqnozu verib.
Publika.az xəbər verir ki, Günerin proqnozuna əsasən, bu gün baş verəcək astroloji təsir önümüzdəki 4 gün boyunca gücünü göstərəcək.
"Merkuri ilə Neptun arasında üçbucaq aspekt yaranacaq. Bu dövr adətən diqqət yetirmədiyimiz, gözümüzdən qaçan detalları rahat fərq edə biləcəyimiz bir zamandır. Qarşımızdakı insanların emosional vəziyyətini, demək istədiklərinin arxasındakı niyyəti, hətta deyə bilmədiklərini belə intuisiya ilə hiss edə bilərik. Bu, empati qabiliyyətimizin zirvəyə çıxdığı bir zamandır.
Xüsusilə yaradıcılıq və sənət sahələri ilə məşğul olanlar üçün ilham pərisi kimi təsir göstərə bilər. Musiqi, rəsm, yazı, rəqs kimi sahələrlə məşğul olanlar bu dövrdə heyrətamiz əsərlər ortaya qoya bilərlər.
Yuxular daha canlı və mənalı ola bilər. Hətta yuxular vasitəsilə simvolik və ya açıq şəkildə mesajlar ala bilərsiniz. Yeni bir hobbiyə başlamaq və ya mövcud sənət bacarıqlarınızı inkişaf etdirmək üçün əla zamandır. Eyni zamanda terapiya almaq, şüuraltı üzərində işləmək üçün də əlverişli bir dövrdür.
Bu zaman sinxronizasiyalar artar: Daxilinizdən birinə mesaj yazmaq gələr və o insan sizə yazar, uzun müddət əlaqə saxlamadığınız biri birdən sizi axtarar, ya da yolda gedərkən ağlınıza gələn bir fikir bir neçə dəqiqə sonra reallığa çevrilər. Elə bil ki, kainatla eyni tezlikdə hərəkət edirsiniz.
Amma diqqətli olmaq da vacibdir. Bu müddətdə dalğınlıq və unutqanlıq arta bilər. Xüsusilə verilən sözlərə diqqətlə yanaşmaq lazımdır", - Dinçer Güner xəbərdarlıq edib.
(Musavat.com)
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO







.jpg)



.jpg)

.jpg)



















