Qoroskop
Ən toksik 5 bürc: Onları gördüyünüz an qaçın
Problem yaratma ehtimalı yüksək olan “ən toksik bürclər” açıqlanıb. Siyahıda Qoç, Xərçəng, Şir, Əqrəb və Qız bürcləri ön plana çıxır.
Publika.az xəbər verir ki, astroloqlara görə, bu bürclər xarakterik xüsusiyyətlərinə görə münasibətlərdə emosional gərginlik, manipulyasiya və idarəçilik meylləri ilə seçilir.
Qoç – Liderlik iddiası, səbrsizlik və tez alışıb, tez soyuma xüsusiyyətləri ilə qarşısındakı insana təzyiq göstərə bilər.
Xərçəng – Duyğusal bağlılıq adı altında qısqanclıq, keçmişə ilişib qalmaq və həssaslığı ilə insanı sıxa bilər.
Şir – Diqqət mərkəzində olma ehtiyacı və idarəçi ruhu münasibətlərdə daim üstün olmağa çalışmasına səbəb olur.
Əqrəb – Qısqanclıq, intiqam duyğusu və sirli davranışlarla qarşı tərəfdə güvənsizlik yarada bilər.
Qız – Həddindən artıq tənqid, mükəmməllik axtarışı və detallar üzərində çox dayanmaq münasibətləri zədələyə bilər.
Astroloqlar qeyd edir ki, bu bürclərə mənsub şəxslərlə münasibət qurarkən daha diqqətli olmaq, sərhədləri müəyyənləşdirmək və açıq ünsiyyət qurmaq vacibdir.
Bununla belə, materialda vurğulanır ki, “toksiklik” anlayışı yalnız bürclə deyil, insanın tərbiyəsi, şəxsiyyəti və həyat təcrübəsi ilə bağlıdır. Bürclər sadəcə müəyyən meyilləri göstərə bilər, lakin insanın davranışını tam müəyyən etmir.
-
İdman19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin119:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl











.jpg)





.jpg)



















