Qoroskop
Güclü qalmaqalları sevən ÜÇ BÜRC
Zodiakın ən qalmaqallı bürcləri üçün səs-küylü münasibətləri müzakirə etmək - elə bil kontrastlı duşdur: həm oyadır, həm də silkələyir!
Publika.az "Lady Mail"ə istinadla ən çox qalmaqal yaradan bürclərin siyahısını təqdim edir:
Qoç
- Bu, qalmaqal üçün hazırlanmış birisidir!
- Özünü saniyələr içində guya ölümcül şəkildə təhqir olunmuş olduğuna inandırmaq bacarığı var.
- Bir saniyə ərzində dayanmış vəziyyətdən kosmik sürətə qədər sürətlənmə qabiliyyəti sahibdir.
- Həqiqətən partlayıcı bir temperament və başqalarının hisslərinə, ağrı nöqtələrinə və fiziki təhlükəsizliyinə tam etinasızlıq göstərir.
- Vəhşi bir təxəyyülü var - məhz bu, Qoç bürcünə təkcə möhtəşəm bir qalmaqal üçün səbəb düşünməkdə yox, həm də uzun müddət ərzində qarşısındakı şəxsə ünvanladığı ən qəliz və təsirli epitetləri uydurmaqda yardım edir.
Oxatan
Oxatanın qalmaqal çıxarma səbəbini əvvəlcədən təxmin etmək mümkünsüzdür, çünki əslində səbəb həmişə eynidir. Adrenalin manyakı olan oxatan daim yüksək sürətlə və bütün hisslərinin, emosiyalarının maksimum gərginliyi ilə yaşayır (təkrarlamağa cəhd etməyin!).
Xərçəng
Xərçəng özü haqqında düşünür ki, o, insanpərvərliyin nümunəsidir və dünyada ən çox dəyər verdiyi şey sülh və sakitlikdir.
Və əslində bu doğrudur, amma bir şərtlə: hər şey Xərçəngin öz qaydaları ilə olmalıdır. Əgər yaxınlarından biri Xərçəngin "ideal ailə və münasibət modeli"ndən kənara çıxarsa, işıqları söndürün, yəni vəziyyət çox pis olacaq: bu halda hətta Qoç da ondan nəsə öyrənə bilər.
Qalmaqal yüksək səsli olacaq – bu hələ işin yarısıdır. Ən pisi isə, qalmaqal uzun çəkəcək, çünki od ünsürlü bürclərdən fərqli olaraq, Xərçəng sadəcə emosiyasını boşaltmaqla kifayətlənmir – qarşı tərəfin onun çəkdiyi əzabı dərindən hiss etməsini istəyir.
Hüseyn İbadlı
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
































.jpg)


