Qoroskop
Bu bürclərlə evlilikdən qaçın - Gününüzü qara edəcəklər
Astrologiyaya görə, dörd bürc var ki, onlarla ailə həyatı qurmaq olduqca çətindir. Səbəb isə onların qeyri-sabit xarakteri, qısqanclığı və öhdəlik qorxusudur.
Publika.az həmin bürcləri təqdim edir:
Dolça
Bu bürc nümayəndələri üçün şəxsi sərbəstlik hər şeydən üstündür. Dolçalar evliliyi çox zaman bir növ “azadlıq qandalları” kimi görür. Onlar emosional yaxınlıq qurmaqda problem yaşamasa da, "evlilik" sözü keçən kimi uzaqlaşmağa meyllidirlər. Onlar hissləri ilə deyil deyil, düşüncə ilə qərar verirlər.
Oxatan
Macərapərəst və sərhəd tanımayan Oxatanlar üçün sabit münasibətlərin cazibəsi azdır. Bu gün burada olan Oxatan sabah başqa ölkədə ola bilər. Onlar üçün münasibətlərdə azadlıq və dəyişiklik əsasdır. Bu səbəbdən də evlilik kimi uzunmüddətli və sabit bir qərar onları qorxuda bilər.
Əqrəb
Əqrəblər güclü ehtiras və emosiyalarla dolu olsalar da, bir o qədər də nəzarətçidirlər. Onlar partnyorlarına tam şəkildə sahiblənmək istəyir. Bu isə zamanla qarşı tərəfi boğa və münasibəti zəhərləyə bilər. Əqrəblərin qısqanclığı və manipulyativ davranışları münasibətlərdə sarsıntılara səbəb ola bilər.
Əkizlər
Ziddiyyətli və dəyişkən təbiətə malik Əkizlər sabit münasibətlərə uyğun deyil. Onlar bir gün evliliyə razı ola bilər, ertəsi gün isə fikrini tamamilə dəyişə bilər. Bu bürclə ailə qurmaq istəyənlər güclü təmkin və səbir nümayiş etdirməlidir, çünki onların dəyişkən xarakteri ciddi sınaqlar doğura bilər.
Roza
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək







.jpg)



.jpg)



.jpg)





















