Qoroskop
Astroloq xəbərdarlıq etdi: Bu gün başlayır, avqustun 12-nə qədər davam edəcək
Türkiyəli astroloq Dinçer Güner bu gün şir bürcündə baş verən yeni ayın təsirləri barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, astroloqun sözlərinə görə, yeni ay avqustun 12-nə qədər öz təsirini göstərəcək.
“Şir bürcünün yeni ayları həmişə özümüzə inamımızı artırır, yaradıcılığımızı stimullaşdırır və bizi daha cəsarətli addımlar atmağa dəvət edir. Biz özümüzü ifadə etmək, istedadımızı nümayiş etdirmək və səhnədə olmaq istəyirik. İçimizdəki uşaq canlanır, sevinc və əyləncəni həyatımızın mərkəzinə qoyur.
Bu dövrdə sevgi, ehtiras, romantik hisslərimiz də güclənəcək. Yeni münasibətlər, yeni layihələr, əyləncəli başlanğıclar üçün gözəl vaxtdır. Bir tərəfdən özümüzü güclü şəkildə təsdiq etmək istəyirik, digər tərəfdən isə bizi sıxışdıran və ya mane olan qüvvələrlə qarşılaşa bilərik”.
Dinçer Güner qeyd edib ki, bu dövrdə münasibətlərdə və ya iş mühitində bəzi mübahisələr də yaşaya bilərik:
“Müdirimiz və ya həyatımızda olan digər vacib insanlarla olan gərginliklər bizə dərindən təsir edə bilər. Basdırılmış duyğular, qısqanclıqlar üzə çıxa bilər. Çoxdan arzuladığımız, lakin bəlkə də buna cəsarətimiz çatmayan layihələr və ya məqsədlərə doğru konkret, real və təsirli addımlar ata bilərik. Bu təsir altında, xüsusilə yaradıcılıq cəhdlərində, sənətdə, səhnə çıxışlarında, sahibkarlıqda, idman fəaliyyətlərində və ya liderlikdə güclü dəstək ala bilərik. Həmçinin, bu dövrdə həddindən artıq gərginlik, stress və lazımsız risklərdən qaçmaq da faydalıdır”.
Roza
-
İdman19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin119:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl











.jpg)


.jpg)






















