Qoroskop
Ən auralı bürclər bəlli oldu: Hər kəsi asanlıqla ovsunlayırlar
Astrologiyaya görə, bəzi bürclər xarizma və enerjiləri ilə hər zaman diqqət mərkəzində olurlar. Onlar yalnız görünüşləri ilə deyil, daxili gücləri və davranışları ilə də auralı olmağı bacarırlar.
Publika.az həmin bürcləri təqdim edir:
Şir
Təbii liderlik qabiliyyəti və özünəinamı ilə tanınan Şir bürcü hər zaman diqqət çəkir. Onlar bir otağa girmədən belə enerjilərini hiss etdirməyi bacarırlar. Cazibədar duruşları və məqsədyönlü xarakterləri onları doğuşdan liderə çevirir.
Əqrəb
Gizli xarakteri ilə seçilən Əqrəb bürcü, emosional dərinliyi və sezgi gücü ilə digərlərindən fərqlənir. Onların ətrafında hər zaman bir sirr aurası olur, bu da onları daha cazibədar göstərir. Əqrəblər mistik auraları və zəkaları ilə insanlarda güclü təəssürat yaradırlar.
Qoç
Cəsarətli və enerjili xarakteri ilə seçilən Qoç bürcü, hər zaman öndə olmağı sevir. Sürətli qərarvermə qabiliyyəti və liderlik ruhu ilə o, daxil olduğu hər mühitdə diqqət çəkir. Qoçlar risk almağa və fərqlənməyə çəkinmədikləri üçün auralı və təsiredici görünürlər.
Qız
Mükəmməllik axtarışında olan Qız bürcü, detallara verdiyi önəm və analitik düşüncə tərzi ilə seçilir. Onlar səssiz, lakin möhkəm duruşları ilə diqqət çəkirlər. Dəqiq və səbirli yanaşmaları, işlərə verdikləri dəyər onları ətraflarında seçilən insanlara çevirir.
Oxatan
Azad ruhlu və macərapərəst Oxatan bürcü, daim yeni təcrübələr axtarışındadır. Onların enerjisi və həyat eşqi insanlara təsir edir. Oxatanlar pozitiv və optimist təbiətləri ilə ətraflarına ilham verir, sosial çevrələrdə diqqət çəkirlər.
Tərəzi
Zəriflik və balans axtarışında olan Tərəzi bürcü sosial bacarıqları ilə seçilir. Hər zaman baxımlı, nəzakətli və çevik davranışlı olurlar. Tərəzilər estetik zövqləri və diplomatik xarakterləri ilə sosial mühitlərin əvəzolunmaz simalarıdır. Bu bürclər xarizmalı duruşları, daxili enerjiləri və sosial təsirləri ilə ətraflarında hər zaman fərqlənirlər.
Roza
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar







.jpg)



.jpg)






.jpg)
















