Qoroskop
Ən uğursuz bürclər bunlardır: Onları tez-tez aldadırlar
Hər kəs sevgidə xoşbəxt münasibət qurmağı hədəfləsə də, bəzi bürclər bu yolda daha çox xəyal qırıqlığı yaşayırlar. Onların emosional təbiəti, həddən artıq güvənmələri və partnyorunun səhvlərinə məhəl qoymamaları ən böyük zəiflikləri kimi önə çıxır.
Publika.az ən şanssız bürcləri təqdim edir:
Tərəzi
Tərəzilər münasibətlərdə harmoniya və sülhə üstünlük verirlər. Problemləri şişirtməkdənsə, onların sakit davranışları və həll yönümlü yanaşmaları partnyorları üçün təhlükəsiz mühit təmin edir. Ancaq bu harmoniya arzusu onları çox vaxt həddindən artıq güzəştə getməyə vadar edir. Bu da xəyanət ehtimalını artırır. Tərəzilər sülhü qorumaq üçün öz xoşbəxtliklərini qurban verə bilərlər.
Balıqlar
Balıqlar həssas təbiəti ilə tanınır. Şəfqətləri və qayğıkeşlikləri onları münasibətlərdə əvəzolunmaz edir. Ancaq bu xoş niyyətli münasibət çox vaxt sui-istifadə edilə bilər. Onların bağışlayan xasiyyətləri qarşı tərəfin eyni səhvləri təkrarlamasına yol açır. Bu, çox vaxt onları xəyanət riski ilə üz-üzə qoyur.
Xərçəng
Xərçənglər ailələrinə və yaxınlarına dərin bağlılıq hiss edirlər. Münasibətlərdə güvən bağları yaradırlar və tərəfdaşlarına sədaqətlə yanaşırlar. Ancaq bu sədaqət bəzən qarşı tərəfin səhvlərini dərk etməməsinə səbəb ola bilər. Xərçənglər güvəndikləri insanlara qarşı həddindən artıq dözümlü ola bilər. Bu, onların aldadılma riskini artıran əsas amillərdən biridir.
Qız
Qızlar münasibətlərdə vasvası və mükəmməllikçi rəftarları ilə tanınırlar. Tərəfdaşlarını tənqid etsələr də, münasibətə əmək verməkdən əl çəkmirlər. Onlar qarşı tərəfin dəyişəcəyi ümidi ilə problemli münasibətləri saxlayırlar. Bu səbirli təbiət bəzən xəyal qırıqlığına səbəb ola bilər.
Oğlaq
Oğlaqlar intizamlı, məsuliyyətli və güvənli münasibətlər qurmağa üstünlük verirlər. Lakin onların həddindən artıq səxavətləri yanlış insanlara bağlanmağa səbəb ola bilər. Bu bürclər verdikləri dəyərə görə qarşılıq görmədikdə dərin yaralar alır.
Roza
-
İdman19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin119:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl











.jpg)
.jpg)
























