Qoroskop
Astroloqdan xəbərdarlıq: Bu tarixə diqqət edin
Məşhur astroloq Dinçer Güner Günəş və Xiron arasında yaranan təsirin 2 gün davam edəcəyini bildirib. Onun sözlərinə görə, qarşıdakı saatlar həm şəxsi inkişaf, həm də zehni və fiziki yaraların sağalması üçün xüsusi əhəmiyyət kəsb edir.
Publika.az xəbər verir ki, Güner bu dövrü “addım-addım sağalacağımız günlər” kimi xarakterizə edib.
Astroloqa görə, bu müddət kədərli və ağrılı keçmiş təcrübələri sağaltmaq və təmir etmək üçün əlverişli vaxtdır. Terapiya axtaranlar və şüuraltı ilə bağlı yeni fikirlər əldə etmək istəyənlər üçün də uyğun dövr hesab olunur.
Günerin sözlərinə görə, bu təsirlər altında insanlar doğru həkim, düzgün diaqnoz və uyğun müalicə üsulu ilə də qarşılaşa bilərlər. Hər kəs öz çatışmazlıqlarını və qüsurlarını üstünlüklərə çevirə bilər. Başqalarına yardım etmək və ehtiyacı olanlara fayda vermək bu dövrün ən dəyərli xüsusiyyətlərindəndir.
Uzun müddətdir ailə üzvlərinə və ya sevdiyiniz insana qarşı kin saxlayırsınızsa, indi danışmaq daha asan və konstruktiv ola bilər. Əgər işiniz tibb sahəsi və ya yaradıcılıqla bağlıdırsa, bu iki günün daha məhsuldar və uğurlu ola biləcəyi qeyd olunur.
Roza
-
İdman19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin119:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl











.jpg)

























