Qoroskop
İlk görüşdə ağzını tuta bilməyən bürclər
İlk görüş iki insanın bir-birini tanıması, uyğunluğu ölçmək və qarşılıqlı maraqları kəşf etmək üçün xüsusi əhəmiyyət kəsb edir. Adətən bu prosesdə ölçülü söhbətlər və balanslı paylaşmalar ön planda olur. Ancaq bəzi bürclər üçün sirr saxlamaq demək olar ki, mümkünsüzdür.
Publika.az ilk görüşdə ağzını tuta bilməyən və hər şeyi danışan bürcləri təqdim edir:
Əkizlər
Əkizlər güclü ünsiyyət bacarıqları sayəsində asanlıqla söhbətin mərkəzinə çevrilməyi bacarırlar. Onların danışmaq üçün sonsuz hekayə arxivi var. Ailə mövzularından maraqlı yuxularına, dostlarının sirrlərindən qonşularının vərdişlərinə qədər müxtəlif mövzularda söhbət aça bilərlər. Söhbət o qədər tez dəyişir ki, bəzən başlanğıc nöqtəsini unutmaq mümkündür.
Oxatan
Oxatanlar üçün səmimiyyət həyat tərzidir. Buna görə də ilk görüşdə belə, onlar səyahət xatirələrini, impulsiv qərarları və ya keçmiş münasibətlərlə bağlı təfərrüatları belə çəkinmədən paylaşa bilərlər. Onlar üçün həyat təcrübələrinin hamısı danışmağa dəyər bir hekayədir. Çünki Oxatanlara görə, şəffaflıq və açıq ünsiyyət qarşı tərəflə yaxınlıq yaratmağın ən gözəl yoludur.
Balıqlar
Balıqlar hisslərini gizlətməyi sevmirlər. Onlar ilk andan öz əhval-ruhiyyələrini, keçmiş travmalarını və gələcək gözləntilərini bölüşə bilərlər. Balıqlar üçün qarşı tərəflə emosional bağ qurmaq çox önəmlidir. Bu, ilk görüşdə qarşı tərəf üçün həm təsirli, həm də təəccüblü ola bilər.
Şir
Şirlər üçün paylaşmaq özünü ifadə etməyin bir hissəsidir. Onlar böyük uğurlarını, qarşılaşdıqları çətinlikləri, unudulmaz xatirələrini danışmaqdan zövq alırlar. Bəzən danışdıqları bir az şişirdilmiş kimi görünsə də, Şirlər üçün bu, özlərini tanıtmağın ən təbii və səmimi yoludur.
Roza
-
Magazin206:16"Avroviziya 2026"da finala çıxan ölkələr - Siyahı
-
ABŞ04:14UNO videosunda keruv mələyi göründü - FOTO
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
























.png)











