Qoroskop
Astroloq açıqladı: Təsiri 3-4 gün davam edəcək
Astroloq Dinçer Güner Venera ilə Neptun arasında bu gün yaranan üçbucağın təsirlərini açıqlayıb.
Publika.az xəbər verir ki, astroloqun sözlərinə görə, bu təsir 3-4 gün davam edəcək.
O, bildirib ki, bu dövrdə mövcud münasibətlərdə romantika və empatiya ön plandadır. Partnyorunuza qarşı daha anlayışlı, şəfqətli və fədakar ola bilərsiniz. Əgər subaysınızsa, bu müddət romantik qarşılaşmalar və mənəvi bağların qurulması üçün əlverişli olacaq. Hətta illərdir görüşmədiyiniz biri ilə təsadüfi qarşılaşma ehtimalı da yüksəkdir.
Daxili səsinizə qulaq asmaq və yeni yaradıcılıq yollarını kəşf etmək üçün doğru zamandır. Günerə görə, bu dövrdə əvvəllər cəhd etmədiyiniz sahələrdə özünüzü sınamaq üçün fürsət yaranacaq.
Münasibətlərə baxışınız daha çox mənəvi əlaqə yaratmaq istəyinə yönələ bilər. Musiqi, rəsm, şeir, rəqs və digər bədii fəaliyyətlər üçün məhsuldar dövrdür.
İntuisiya, başqalarına kömək etmək motivasiyası güclənir. Həmçinin, meditasiya və ya yoqa üçün ideal vaxtdır. Maliyyə qərarları da daha intuitiv şəkildə qəbul edilə bilər.
Roza
-
İdman19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin119:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl











.jpg)

























