Qoroskop
Bu bürclər bir-birindən uzaq durmalıdır
Astrologiyaya görə, bəzi bürclər sanki bir-birini sınamaq üçün yaradılıb. Bu bürclər münasibətlərində daim fikir ayrılıqları yaşayır, keçi kimi inad edərək savaşırlar.
Publika.az münasibət yaşamaları riskli olan bürcləri təqdim edir:
Qoç və Oğlaq
Qoç əsl liderdir, tez qərar verir və risk etməkdən çəkinmir. Oğlaq isə nəzarətli, planlı və ehtiyatlı yanaşması ilə tanınır. Bu iki bürc qarşılaşdıqda, sükanı hansının idarə edəcəyi əsl müzakirə mövzusudur. Onlar zaman keçdikcə bir-birini başa düşmək əvəzinə bir-biri ilə rəqabət aparırlar ki, bu da münasibətlərini çətinləşdirir.
Xərçəng və Dolça
Xərçəng duyğularla yaşayan və təhlükəsizlik axtaran bir bürcdür. Dolça isə sərbəst ruhludur. Bu iki bürc bir araya gəldikdə, Xərçəng sevgi dolu bir ev qurmaq istəyir, Dolça isə özünü qəfəsdə hiss etməyə başlayır. Xərçəng Dolçanın emosional məsafəsini soyuqluq kimi şərh edir, Dolça isə Xərçəngin həssaslığını boğucu görür.
Şir və Buğa
Bu iki bürcün tək ortaq cəhəti inadkarlıqdır. Onlar nə etsələr də, ortaq yolu tapa bilmirlər. Davamlı eqo toqquşmaları və aqressiv davranışlar zaman keçdikcə münasibətlərini sıxıcı edir.
Qız və Oxatan
Qız bürcü nizam-intizamı sevir, detallara fikir verir və hər şeyin öz yerində olmasını istəyir. Oxatan macəraçıdır, azadlıqsevərdir və plansız yaşamağa üstünlük verir. Bu təzad münasibətin hər anında hiss olunur. Bu da münasibəti zamanla yorucu edir.
Əqrəb və Əkizlər
Əqrəb dərin duyğular axtaran, ehtirasla bağlanan bir bürcdür. Əkizlər isə cəld düşünəndir və əhval-ruhiyyəsi asanlıqla dəyişə bilir. Əqrəb üçün sadiqlik, Əkizlər üçün isə ünsiyyət və azadlıq daha önəmlidir. Bu əks xarakterlər onların sağlam münasibət yaşamasına əngəl olur.
Roza
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?






.jpg)



.jpg)
























