Qoroskop
At ili gəlir - Bu şəxslərin taleyi dəyişəcək
Çin təqviminə görə 2026-cı il fevralın 17-dən "At ili" başlayacaq. Bu, beş ünsür sistemində "Od elementi ilə At ili" kimi tanınır. Astroloqlar bildirir ki, bu il hərəkət, dinamika və dəyişikliklərlə yadda qalacaq. Şərq astroloqlarının fikrincə, At ilində "yavaş addım" bəzən geridə qalmaq demək ola bilər. Fəaliyyətində qətiyyətli olanlar qazanacaq, tərəddüd edənlər isə fürsətləri əldən verə bilər.
Publika.az xəbər verir ki, astroloji baxımdan bu il enerjili, eyni zamanda, emosional qərarların artdığı bir dövr olacaq.
Çalışqanlıq və özünü göstərmək üçün imkanlar açılır, amma risklərlə yanaşı. Mütəxəssislər deyirlər ki, At ili sürəti artıracaq, lakin bəzi sahələrdə bu sürət riskləri də böyüdür.
Pul və maddi vəziyyət
Maliyyə baxımından 2026-cı il nə "uğursuz", nə də "möhtəşəm sıçrayış ili" sayılır. Əsas göstərici planlı və sabit irəliləyiş olacaq. Astroloqlar xəbərdarlıq edir ki, böyük riskli sərmayələrdən uzaq durmaq məsləhətdir. Spekulyativ investisiyalar bu il itkilərə yol aça bilər. Daha çox kiçik, amma sabit gəlir gətirən işlərə üstünlük vermək lazımdır.
Bəzi zodiak işarələri üçün gözlənilməz bonus və ya əlavə gəlir imkanı mümkündür, amma bu, daimi və böyük qazancla qarışdırılmamalıdır. Büdcə planlaması və qənaət At ilinin ən güclü silahı hesab olunur. Əsas qayda: tez qazanca yox, möhkəm baza qurmağa üstünlük verin.
Kimlər üçün uğurlu olacaq?
Qoç
Qətiyyət və hərəkət ili Qoçların təbiətinə çox uyğun gəlir. At ili onların liderlik və karyera sahəsində irəliləməsinə şərait yaradacaq. Yeni iş və layihələr üçün fürsətlər açılır.
Şir
Şir bürcü At ilinin enerjisini güclü şəkildə hiss edəcək. Tanınmaq, yüksəlmək və özünü göstərmək üçün ideal ildir. Maliyyə sahəsində yaxşı plan lazımdır - amma uğur qapısı açılır.
Oxatan
Səyahət, inkişaf və təhsil ili ola bilər. Xaricdən gəlir, iş təklifləri və gözlənilməz şanslar mümkündür. Özünü yeniləmək üçün doğru zamandır.
Şərq astroloqlarının mesajı
Bu il gücünü dəyərləndirən, vaxtını düzgün yönləndirən, impulsiv xərclərdən qaçanlar üçün uğur gətirə bilər. Əlavə gəlir mənbələri və xidmət sahələri inkişaf üçün əlverişli görünür, amma hər addım hesablanmalıdır.
Son xəbərdarlıq isə belədir: At ili hərəkəti sevir, lakin düşüncəsiz addımı qətiyyən bağışlamır. Hərəkət etmək lazımdır, amma ağılla, hesabla və sabit planla.
(Milli.az)
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq






.jpg)


.jpg)

























