Qoroskop
Bu 4 bürc üçün çətin dövr başlayır - Dekabrda onları görün nələr gözləyir
Astroloqlar bildirirlər ki, dekabr xüsusilə dörd bürc üçün sınaqlı ay olacaq. Planetlərin geri hərəkəti, göydəki sərt bucaqlar və ilin sonuna yaxın artan enerji gərginliyi bu bürcləri həm emosional, həm maliyyə, həm də münasibət sahələrində sınağa çəkəcək.
Publika.az həmin 4 bürcü təqdim edir:
Oğlaq
Dekabr ayı Oğlaq bürcü üçün münasibətlərdə hesablaşma dövrü olacaq. Uzun müddət görməzdən gələn problemlər bu ay üzə çıxacaq. Həm ailə içində, həm də partnyorla ünsiyyətdə anlaşılmazlıqlar yaşana bilər. Astroloqlar Oğlaqlara səbirli olmağı tövsiyə edir.
Xərçəng
Xərçəng bürcləri üçün dekabrın ən kritik sahəsi maliyyədir. Gözlənilməz xərclər, gecikmiş ödənişlər və ya işdəki çatışmazlıqlar maddi tarazlığı poza bilər. Astroloqlar bu bürcə “Dekabr boyunca riskli xərclərdən uzaq durun” xəbərdarlığını edir.
Əqrəb
Əqrəb bürcləri üçün dekabr həm fiziki, həm də emosional sağlamlıq baxımından həssas olacaq. Yorğunluq, enerji düşüklüyü və payız sonrası immunitet problemləri ortaya çıxa bilər. Əqrəblərə bədənlərini yormamaq və istirahətə üstünlük vermək tövsiyə olunur.
Balıqlar
Balıqlar bürcü üçün dekabrın çətin sahəsi iş və karyera olacaq. Rəhbər və ya iş yoldaşları ilə anlaşılmazlıqlar, ağır iş yükü və təzyiq hissi ay boyunca davam edə bilər. Astroloqlar yanlış anlaşılmalara qarşı diqqətli olmağı tövsiyə edir.
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir










.jpg)



























