Qoroskop
Bu bürclər iyulda əsl eşqi tapacaq
İyulun 8-də Neptunun Qoç bürcündə geriyə hərəkətə başlaması bürclərə fərqli təsirlər göstərəcək. Astroloqlara görə, bu dövr insanları daxili hesabat aparmağa və məsuliyyətlərini yenidən qiymətləndirməyə sövq edəcək.
Publika.az xəbər verir ki, bu dövrün təsiri ilə bəzi bürclər iyulun sonunda qədər əsl eşqi tapa bilər.
Qoç
Şəxsi həyatınız və kimliyinizlə bağlı mühüm qərarlar gündəmdə olacaq. Ailə məsələlərində daha təmkinli davranmaq tövsiyə edilir. Bu müddətdə hiss etdiyiniz təzyiq sizi yıxmaq üçün deyil, nə qədər möhkəm dayana bildiyinizi göstərmək üçündür.
Buğa
Maliyyə planlarını yenidən nəzərdən keçirmək və qənaətə üstünlük vermək üçün əlverişli gündür. Sevgi münasibətlərində sakitlik ön plandadır. Bu gün atacağınız addımlarda səbirli olmağınız gələcəkdə sizə böyük qazanc gətirəcək.
Əkizlər
Gözlənilməz maliyyə xərcləri və ya köhnə borclar gündəmə gələ bilər. Tələsik qərarlardan uzaq durun. Yaxın ətrafınızla ünsiyyətdə açıq və konkret danışmaq mümkün problemlərin asanlıqla həllinə kömək edəcək.
Xərçəng
Şəxsi münasibətlərdə anlaşılmazlıqlar yarana bilər. Açıq və səmimi ünsiyyət problemlərin həllinə kömək edəcək. Keçmişdən qalan mövzular və ailə məsələləri ilə üzləşmək ehtiyacınız arta bilər.
Şir
Sevgi həyatında yenilik yaşayacaqsınız. Münasibəti olanlar partnyorlarının heyranlığını qazanacaq, subaylar isə daxil olduqları hər mühitdə dərhal diqqət mərkəzinə çevriləcəklər. Bununla yanaşı, daxili dünyanıza vaxt ayırmaq faydalı olacaq.
Qız
Münasibətlərdə xəyal və gerçəyi ayırd etmək üçün münasib zamandır. Bu təsir 12 dekabra qədər davam edəcək. Karyerada detallara diqqət uğur gətirə bilər.
Tərəzi
Keçmiş münasibətlər yenidən gündəmə gələ, yenidən həmin insanla eşq yaşaya bilərsiniz. İş və şəxsi həyat arasında balans yaratmaq vacibdir.
Əqrəb
İş və sağlamlıq sahəsində daha intizamlı olmaq lazımdır. Yaradıcılıqla bağlı gözləntilərinizi yenidən dəyərləndirin. Düşüncə tərzinizi genişləndirmək və hadisələrə fərqli prizmadan baxmaq üçün əlverişli dövrdür.
Oxatan
Ailə və maliyyə məsələləri diqqət tələb edəcək. Büdcənizi planlı idarə etməyə çalışın.
Oğlaq
Ünsiyyətdə yanlış anlaşılmalar mümkündür. Maliyyə öhdəlikləri ilə bağlı məsuliyyətlər arta bilər. Eşitdiyiniz hər sözə dərhal inanmayın, sözlərin arxasındakı əsl niyyəti anlamağa çalışın.
Dolça
Maliyyə məsələlərində reallığı görmək və xərcləri nəzarətdə saxlamaq vacibdir. Sağlam həyat tərzinə diqqət yetirin.
Balıq
Daxili dünyanızla bağlı mühüm fərqindəlik yaşayacaqsınız. Ani xərclərdən çəkinmək büdcənizi qorumağa kömək edəcək. Bu gün daxili tarazlığınızı tapa bilsəniz, xarici aləmdə də hər şeyin tədricən öz yerinə düşdüyünü görəcəksiniz.
Astroloqların fikrincə, bu dövr xüsusilə sevgi, maliyyə və şəxsi inkişaf sahəsində yeni qərarlar vermək üçün mühüm mərhələ olacaq.
Müəllif: Roza
-
ABŞ09:43Tramp meydan oxudu: İran böhranı bu ölkə ilə savaşa səbəb olacaq
-
Sosial08:36Bakı və Sumqayıtın bir sıra əraziləri işıqsız qalacaq
-
Dünya08:12Alyaskada təyyarə qəzası - 8 nəfərdən xəbər yoxdur
-
Sosial08:00Xarkovda PUA zərbəsi azərbaycanlı heykəltaraşın emalatxanasını dağıtdı - FOTO
-
Magazin106:16Tünzalə izləyicilərinin arzusunu gerçəkləşdirdi - VİDEO
-
Qoroskop05:15Həyatında yeni səhifə açacaq 4 bürc
-
İKT04:44Kompüteri “həyata qaytarmağın" gizli yolu
-
Magazin102:12Yenicə ailə quran Xana əri ilə tanışlıq hekayəsini danışdı - VİDEO



















.jpg)













